Xəstənin komaya düşməsində ittiham olunan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, 3 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il müddəttinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkməsini təklif edib.
Zərərçəkən tərəfin nümayəndəsi təqsirləndirilənlərə sanksiya həddində cəza verilməsini və mülki iddianın tam təmin edilməsini xahiş edib.

Cəmilə Əliyevanın vəkili bildirib ki, Yaqub Əsədi xəstənin anesteziya olunmasına və intubasiya etməsinə icazə verməyib:

"Bunu cərrah özü edib. Anestezioloqun etirazlarına məhəl qoymayıb və buna görə də Cəmilə Əliyeva otağı tərk edib. Monitordan xəstənin vəziyyətinin yaxşı olmadığını görərək vəzifəsini icra etmək istəyib, lakin bacarmayıb".

Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Cəmilə Əliyeva da çıxışında vəkilinin dediklərini təsdiqləyib. O, əlavə edib ki, həkim reklam çəkmək məqsədilə hər işi özü görüb və xəstənin halı pisləşib: 

"Bunu gördükdən sonra daha iki həkim də yardıma gəlib, lakin onlar da xəstəni daha betər hala salıb. Xəstənin bu halda olmasının səbəbi yanlış intubasiyadır ki, onu da mən etməmişəm. Bu gün xəstə həyatdadırsa, bu, mənim müdaxiləm nəticəsindədir".

Yaqub Əsədinin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxs səhv intubasiya etsə də, xəstəni nəzarətsiz qoyduğu üçün Cəmilə Əliyeva təqsirkardır:

"Yaqub Əsədi işinə səhlənkar yanaşmayıb. İntubasiyadan sonra xəstənin pis hala düşməsi onun nəzarətsiz qalması səbəbindəndir. Yəni burada Yaqub doktorun səhvi yoxdur. Yaqub Əsədi ittiham olunduğu əməli törətməyib, buna görə də ona bəraət verilməsini xahiş edirəm".
 

Dövlət ittihamçısı replika hüququndan istifadə edərək bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkənə lazım olan pompanı da almayıblar, buna görə də onlara bəraət verilməməlidir. Yaqub Əsədi son sözündə bildirib ki, xəstənin halı istifadə olunan dərmanlara görə pisləşib. O, məhkəmədən bəraət verilməsini xahiş edib.


Daha sonra məhkəmədə hökm elan olunub. Hökmə əsasən, 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə hər iki şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkəcəklər. Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ziyanla bağlı ödəniş etməsi nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat tutulması və zərərçəkənə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir.

Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”

Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə gündəmə gələn "Vital Hospital"ın fəaliyyəti DAYANDIRILDI

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə gündəmə gələn "Vital Hospital"ın fəaliyyəti DAYANDIRILDI

Binəqədidə obyekt YANIR - VİDEO

Binəqədidə obyekt YANIR - VİDEO

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Sadır Japarov vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Sadır Japarov vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

“Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO

“Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO

Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

Çimərliklər üçün sabahın HAVASI

Çimərliklər üçün sabahın HAVASI

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb - FOTO

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb - FOTO

Bakıda qadın keçmiş ərini döyüb

Bakıda qadın keçmiş ərini döyüb

Rusiyanın 23 regionunda benzin UCUZLAŞDI

Rusiyanın 23 regionunda benzin UCUZLAŞDI

Goranboyda sirkə turşusu qadının həyatına son qoydu

Goranboyda sirkə turşusu qadının həyatına son qoydu

Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?

1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

Xəstənin komaya düşməsində ittiham olunan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Xəstənin komaya düşməsində ittiham olunan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Azərbaycanda iqtisadi artım PROQNOZU AÇIQLANDI

Azərbaycanda iqtisadi artım PROQNOZU AÇIQLANDI

Nuhi Abdinov nazir müavini TƏYİN EDİLDİ

Nuhi Abdinov nazir müavini TƏYİN EDİLDİ

Xırdalandan "Memar Əcəmi"yə gedən avtobuslar dəyişdirilir

Xırdalandan "Memar Əcəmi"yə gedən avtobuslar dəyişdirilir

İlham Əliyev: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək”

İlham Əliyev: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək”

Avqustun ilk gününün HAVA PROQNOZU

Avqustun ilk gününün HAVA PROQNOZU

Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırıldı – VİDEO

Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırıldı – VİDEO

Nazir 96 yaşlı Xalq artistini evində ziyarət etdi– FOTO

Nazir 96 yaşlı Xalq artistini evində ziyarət etdi– FOTO

End of content

No more pages to load

RADİO