Yevlaxın Əkşəm kəndində 12 yaşlı qız yaşadığı evin həyətində oynayarkən xəsarət alıb.
Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, həyətdə oynayan 2014-cü il təvəllüdlü Z. Məmmədova müvazinətini itirərək yıxılıb və bədəninə armatur batıb.
Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra paytaxtdakı klinikalarda birinə köçürülüb.
Bizim.Media