Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsinə “5615.01 Mülki proses” ixtisasından sonra aşağıdakı ixtisaslar əlavə edilib:
- Ədalət mühakiməsi hüququ
- Hava hüququ və hava məkanının təhlükəsizliyi
- Mədəniyyət hüququ
Bizim.Media