Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlaxda 16 yaşlı qızın qida zəhərlənməsi şübhəsi ilə öldüyü ehtimal edilən hadisəni nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AQTA yayıb.
Qeyd olunub ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:
"Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, Yevlax rayonunda 16 yaşlı qız qida zəhərlənməsindən ölüb.
İyulun 28-də saat 17:30 radələrində Yevlax şəhəri, Salatın Ə. küçəsinə çağırış əsasında təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir qadının həkiməqədər ölüm faktı qeydə alınıb.
Bizim.Media