12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Muradxan Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Muradxan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona həmin maddə ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, hadisə 2024-cü il fevralın 26-da axşam saatlarında Tərtər rayonunun Buruc kəndində baş verib.

Belə ki, zərərçəkmiş Elbrus Şəmilov Tərtər Suvarma Sistemləri İdarəsində V dərəcəli elektrik montyoru vəzifəsində çalışıb. Onun vəzifə öhdəliklərinə elektrik avadanlıqlarına texniki xidmət göstərilməsi, nasazlıqların aradan qaldırılması, elektrik xətlərinin sazlanması və digər texniki işlər daxil olub.

İstintaq materiallarında qeyd edilir ki, Elbrus Şəmilov hər hansı rəsmi əmr, tapşırıq və ya sərəncam olmadan kənd sakinlərindən suvarma suyuna görə ödənişlərin yığılması ilə məşğul olub.

Hadisə günü o, Muradxan Hüseynovun yaşadığı evə gələrək istifadə olunmuş suya görə 12 manat məbləğində ödəmə tələb edib.
 

Təqsirləndirilən şəxs həmin vaxt üzərində pul olmadığını, ödənişi növbəti gün edəcəyini bildirib. Lakin bu cavab tərəflər arasında mübahisəyə səbəb olub. Mübahisə zamanı Elbrus Şəmilov Muradxan Hüseynovun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Bundan sonra tərəflər Elbrus Şəmilovun idarə etdiyi "Opel" markalı avtomobillə kənddən çıxaraq Hüləbətli kəndi istiqamətində hərəkət ediblər.


Onlar təxminən 800 metr aralıda yerləşən meşə zolağı yaxınlığında avtomobildən enərək mübahisəni davam etdiriblər. Həmin vaxt təqsirləndirilən şəxs zərərçəkmişin işlətdiyi nalayiq ifadələrin təsiri altında qisas almaq və onu öldürmək niyyəti ilə üzərində olan deşici-kəsici alətlə Elbrus Şəmilova hücum edib. O, zərərçəkmişə döş qəfəsi nahiyəsindən bıçaq zərbəsi endirib. Zərbə nəticəsində yeddinci qabırğa zədələnib, ürək kisəsi və ürək deşilib. Bundan əlavə, Elbrus Şəmilovun sol bazu nahiyəsinə də kəsilmiş-deşilmiş yara yetirilib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, döş qəfəsinə vurulan zərbə həyat üçün təhlükəli ağır bədən xəsarəti hesab olunub. Elbrus Şəmilov ürəyinin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmədən hadisə yerində həyatını itirib.

Cinayət işi üzrə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

End of content

No more pages to load

RADİO