Bu gün Beynəlxalq Dostluq Günüdür

Bu gün Beynəlxalq Dostluq Günüdür.

Bizim.Media xəbər verir ki, təqvim günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 65/275 saylı qətnaməsi ilə 2011-ci ildə təsis edilib və hər il iyulun 30-da qeyd olunur.

Müasir dünya çoxsaylı çağırış və təhlükələrlə üz-üzədir: yoxsulluq, zorakılıq, insan hüquqlarının pozulması, müharibələr, xəstəliklər və epidemiyalar. Bunlar beynəlxalq sülh və təhlükəsizliyi, sosial sabitliyi sarsıdır, inkişaf üçün maneələr yaradır, insanları və cəmiyyətləri bir-birindən uzaqlaşdırır. Həmin çağırış və təhdidlərin öhdəsindən uğurla gəlmək üçün onların yaranma səbəblərini aradan qaldırmaq lazımdır. Buna isə müxtəlif formalarda təzahür edən həmrəylik sayəsində nail olmaq mümkündür. İlk növbədə isə dostluq insanları bir-birinə yaxınlaşdırır.

Birlikdə biz qarşılıqlı anlaşmaya nail ola, dünyanı daha yaxşı etmək istəyən bütün insanlar üçün layiqli həyat şəraiti yarada bilərik.
 

Bu günün təsis olunmasının təşəbbüskarı UNESCO olub. Cəmiyyətin bütün səviyyələrində müxtəlif zorakılıq formaları nəticəsində dünya üzrə uşaqlar böyük zərər və əzab çəkirlər. Əgər uşaq sülh və harmoniya şəraitində yaşamağı öyrənərsə, bu, beynəlxalq sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.


BMT dövlət qurumlarını, eləcə də beynəlxalq və regional təşkilatları bu günü hər bir ölkənin mədəni ənənələrinə uyğun şəkildə qeyd etməyə, beynəlxalq ictimaiyyətin səylərinə dəstək verən, sivilizasiyalar arasında dialoqu, həmrəyliyi, qarşılıqlı anlaşmanı və barışığı təşviq edən tədbirlər və təşəbbüslər təşkil etməyə çağırıb.

Qətnamədə xüsusi vurğulanır ki, bu əlamətdar gün müxtəlif xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Sənəddə deyilir:

“Xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı insanlar arasında dostluq sülhün təmin olunmasına yönəlmiş səylərə ilham verə və mədəni müxtəlifliyə hörmət edən cəmiyyətlər arasında körpülər qurmağa imkan yarada bilər”.

Bundan əlavə, Beynəlxalq Dostluq Gününün əsas məqsədlərindən biri gəncləri, o cümlədən gələcəyin liderlərini müxtəlif mədəniyyətlərə hörmət ruhunda ictimai fəaliyyətə cəlb etməkdir.

Çünki həqiqi dostluq sərhəd və stereotiplər tanımır, fərqli mədəniyyətləri və baxışları olan insanları bir araya gətirir.

Dostluq təkcə bəşəri dəyər deyil, həm də hər bir insanın daxili dayaq nöqtəsidir. Dostlarla qurulan səmimi və etibarlı münasibətlər psixoloji rifah səviyyəsinə birbaşa təsir göstərən mühüm amildir. Sirr deyil ki, sevincini və kədərini bölüşəcək insanları olanlar çətinliklərin öhdəsindən daha asan gəlir və tənhalıq hissini daha az yaşayırlar.
 

Hazırda dünyanın bir çox ölkəsində hər il dostluğun və ətrafdakılara qarşı tolerant münasibətin təbliği ilə bağlı müxtəlif tədbirlər keçirilir. Beynəlxalq Dostluq Günü də bu təşəbbüsləri tamamlayan geniş proqramlarla qeyd olunur.


Qeyd etmək lazımdır ki, BMT tərəfindən təsis edilən Beynəlxalq Dostluq Günü bu mövzuda yeganə bayram deyil. Belə ki, 9 iyun – Beynəlxalq Dostlar Günü, 25 iyun – Slavyan Xalqlarının Dostluğu və Birliyi Günü, 26 sentyabr isə Köhnə Dostlarla Görüş Günü kimi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: Rusiya ötən gecə Ukraynanın 10 vilayətinə hücum edib – FOTO-VİDEO

Zelenski: Rusiya ötən gecə Ukraynanın 10 vilayətinə hücum edib – FOTO-VİDEO

Rusiyanın Ukraynaya atdığı raket Polşaya düşdü – FOTO -VİDEO

Rusiyanın Ukraynaya atdığı raket Polşaya düşdü – FOTO -VİDEO

ABŞ İrana 1500-dən çox Patriot raketi atıb

ABŞ İrana 1500-dən çox Patriot raketi atıb

İlon Mask Konqres seçkiləri öncəsi respublikaçıları dəstəkləyəcək – ÇOXLU VƏSAİT AYIRIB

İlon Mask Konqres seçkiləri öncəsi respublikaçıları dəstəkləyəcək – ÇOXLU VƏSAİT AYIRIB

Avtobus sürücüsü sükan arxasında telefonla danışdı – Sərnişinlər narazılıq etdi - VİDEO

Avtobus sürücüsü sükan arxasında telefonla danışdı – Sərnişinlər narazılıq etdi - VİDEO

Şimal bölgəsində ən yüksək bal toplayan məzunların adları AÇIQLANDI – ÖZƏL/SİYAHI

Şimal bölgəsində ən yüksək bal toplayan məzunların adları AÇIQLANDI – ÖZƏL/SİYAHI

Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmadı

Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmadı

12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi

12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıb? - VİDEO

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

Yevlaxda 16 yaşlı qız vəfat etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Rusiyanın bu ərazilərinə zərbə endirilir - Hədəfləri ABŞ və Fransa seçib

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Avqustun ən çox gözlənilən 5 smartfonu açıqlandı

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub - Məleykə Abbaszadə

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi – CƏDVƏL

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

İsrail F-35-ə bənzər pilotsuz təyyarə hazırlayır

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Corc və Amal Kluni meşə yanğınlarına görə Fransadakı malikanələrini tərk etdilər

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Polşada Avropanın ən hündür Məryəm heykəli ucaldıldı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artdı

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

End of content

No more pages to load

RADİO