Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qalıb.

Bizim.Media xəbər verir ki, bu il magistratura üzrə dövlət sifarişi əsasında plan yerlərinin sayı 7 022 olub.
 

Dövlət İmtahan Mərkəzinin rəsmi saytında elan edilən magistratura üzrə qəbul nəticələrinə əsasən, qəbul olunanların 6 580 nəfəri dövlət sifarişi üzrə təhsil alacaq. Beləliklə, dövlət sifarişi üzrə 442 plan yeri boş qalıb.


Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Bu isə 1 876 bakalavrın magistraturaya qəbul olmadığını göstərir.

Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanların 10 510 nəfəri ali təhsil müəssisələrinin cari, 3 335 nəfəri isə əvvəlki illərin məzunudur.

Bu il magistratura üzrə plan yerlərinin ümumi sayı 17 688 olub. Qəbul olunanların sayı isə 13 845 nəfər təşkil edib. Müqayisə göstərir ki, magistratura üzrə ümumilikdə 3 843 plan yeri boş qalıb.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Qeyd edək ki, 2026-cı ildə Azərbaycanın ali təhsil müəssisələri üzrə magistraturaya qəbul planı əvvəlki illə müqayisədə 840 yer və ya 4,82 faiz artıb. Dövlət sifarişi üzrə qəbul planında isə azalma qeydə alınıb.
 

Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yer alan statistikaya görə, 2025-ci ildə dövlət sifarişi üzrə plan yerlərinin sayı 7 084 olduğu halda, 2026-cı ildə bu rəqəm 7 022 təşkil edib. Beləliklə, dövlət sifarişi üzrə plan yerlərinin sayı 62 yer və ya 0,88 faiz azalıb.


Məlumata əsasən, 2025-ci ildə magistraturaya qəbul üzrə ümumi plan yerlərinin sayı 16 848 olduğu halda, 2026-cı ildə bu göstərici 17 688-ə çatıb. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

End of content

No more pages to load

RADİO