Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid N.V. taksi sürücüsü işlədiyini bildirib:
 

"Dərmanlarımı almaq üçün aptekə gedirdim. Yolda adının sonradan Fazil olduğunu bildiyim şəxs əl eləyib məni saxladı. Dedi ki, "Şamaxinka"ya gedəcəyəm, neçəyə apararsan?" Gediş haqqının 10 manat olduğunu dedim, yola düşdük. Çatana yaxın Fazil qəfil fikrini dəyişdi, xahiş elədi ki, maşını onun yaşadığı evə sürüm, yükləri var, Ağsuya gedəcək. Dedim 100 manata başa gələr. Fazil dedi o qədər pulu yoxdur.


Məni dilə tutdu, 85 manata razılaşdıq. Maşını evə sürdüm. Fazil düşüb evə getdi, çox keçmədi ki, bu adamla (təqsirləndirilən Ülvi Abbasova işarə edir) gəldi, hərəsinin əlində böyük yük var idi, yapışqanla sarınmışdı. Sonra təzədən geri evə qayıtdılar, ikisinin də güclə götürdüyü böyük bir çanta ilə qayıtdılar. Haradan bilim, ağlıma da gəlməzdi ki, bu çantalarda meyit tikələri ola bilər.

Ağsuya çatanda dedi ki, "zibillər qaldı, köhnə yorğan üzləridir, dərədən atacağam". O, baqajda olan yüklərdən götürüb Ağsu aşırımından tulladı. Sonra dedi ki, "susuzluqdan yanıram, düşüb çay içək, sonra gedərik". Tərpənmək istəyəndə "Prado" markalı maşın qabağımızı kəsdi ki, "siz qadağan olunmuş əraziyə zibil atmısınız".

Fazil deyirdi ki, Cavanşir gölündə əmisi uşaqları balıq tuturlar, "sənə də verərəm". Gedib gördük ki, kanalda heç kim yoxdur.

Mən təbii ehtiyacımı ödəmək üçün ağacın arxasına keçəndə suya şappıltı ilə ağır bir şeyin düşdüyünü eşitdim. Fazilin yanına qayıdanda o - "ağsaqqal, əmim uşaqları məni aldadıblar, burada deyilmişlər", - dedi. Mən artıq ondan şübhələnməyə başladım. Qayıtdıq Ağsuya. Yolda Fazil maşını qəfil saxlatdı ki, "ağsaqqal, sən qayıt Bakıya, mən burada dostumla qalacağam". Mən ondan 85 manatımı alıb qayıtdım Bakıya. Bir neçə gün sonra məni polisə çağırdılar".

Şahid S.M. təqsirləndirilən şəxslərin iş yoldaşı olduğunu deyib:

"Biz (təqsirləndirilənləri və öldürülən İsgəndər Əliyevi nəzərdə tutur) Nərimanovdakı tikintidə bir yerdə işləyirdik. Sonuncu dəfə İsgəndəri 2025-ci il avqustun 3-də gördüm. İsgəndər işdə mənə yaxınlaşıb maaşını istəmişdi. Mən pulu onun kartına göndərəcəyimi dedim. Bu söhbət olanda Fazil də ətrafımızda idi.

Ondan sonra mən 3-4 gün nə İsgəndəri, nə də Fazili görmədim. İsgəndərin telefonundan mesaj gəldi ki, "qardaşımın üstünə dəmir düşüb, rayona gedəcəyəm, maaşımı göndər". Mən geri ona zəng etdim, cavab vermədi, amma tez də mesaj yazdı ki, "boğazım şişib, üzrlü say, danışa bilmirəm". Mən bu hadisələrdən sonra bilmişəm ki, mənimlə İsgəndərin telefonundan mesajlaşan Fazil imiş. Maaşı paylananda İsgəndər yox idi. Fazildən onu soruşdum, "qızı xəstələnib", - dedi".

Şahid M.E. təqsirləndirilən şəxslərin kirayədə qaldıqları evin sahibi olduğunu deyib:
 

"İsgəndər çox ağıllı, tərbiyəli insan idi. 10 il idi ki, mənim evimdə kirayədə qalırdı, Fazillə Ülvini də o, evə gətirmişdi. Axşam işdən gələndə yeməyini bişirib yeyirdi, qalanını da səhər işə aparırdı.


Fazil həmişə evdə telefonla ailəsi ilə çox acıqlı, əsəbi danışırdı, telefonda yoldaşına hərbə-qadağa kəsirdi, söyürdü. Bizim məhəllədə isti çörəkləri səhər gətirib qapıya qoyurdular. İsgəndər də hər səhər durub çörəyini elə alıb götürürdü. Bu dəfə elə olmadı. Fazildən İsgəndəri soruşanda, evdə olmadığını, onun rayona getdiyini dedi. Fazilə inanmadım, çünki İsgəndər həmişə rayona gedəndə mənə xəbər edirdi.

Həmin gün Fazil gəldi ki, xala, mənə böyük çantalar lazımdır. Dedim mənim belə böyük çantalarım yoxdur. Özü almağa getdi, çox keçmədi ki, əlində böyük aeroport çantaları ilə qayıtdı. Fazil dedi ki, rayona gedəcək. Sonra maşın gəldi. Mətbəxin pəncərəsindən gördüm ki, Fazil evdən ağır çantaları maşına daşıyır. Onun mənə kirayə borcu vardı, elə bildim qaçır.

Yüyürüb qabağını kəsdim ki, pulumu verməmiş hara qaçırsan? Bu dəqiqə "102"yə xəbər edəcəyəm. Fazil dönüb acıqla üzümə baxdı ki, "mən birdən-ikiyə sizin pulunuzu kəsmişəm?" Axşamtərəfi saat 17 radələrində Fazil evə qayıtdı. Dedim - "a bala, bəs sən rayona getmədin?" Fazil də dedi ki, "xala, pis bir qarınağrısına düşdüm, gedə bilmədim, çantaları qohumumgildə qoymuşam". Üç gün sonra İsgəndərin qardaşları evə gəldilər. Yaxınlaşdım ki, "xeyir ola, nə yaxşı gəlibsiniz?" İsgəndərin qardaşları neçə gündür ki, ondan xəbər ala bilmədiklərini dedilər.
 

Təəccübləndim, dedim - "necə xəbər yoxdur? Axı o, rayona gedib". Mən bu adamdan (təqsirləndirilən Fazil Feyzullayevə işarə edir) evimdə qətl törətdiyinə görə şikayətçiyəm. Onu məhkəməyə verəcəyəm".


Növbəti proses sentyabrın 16-da saat 14:15-ə təyin olunub.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla, avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abbasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.


Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abbasov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

End of content

No more pages to load

RADİO