Sosial şəbəkələrdə heyvana şiddət göstərən şəxsin kimliyi müəyyən olunub.
Bizim.Media xəbər verir ki, heyvanlarla rəhmsiz rəftar edən şəxsin kimliyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla 1990-cı il təvəllüdlü Ə.Əliyev müəyyən olunaraq barəsində inzibati tənbeh tədbiri görülüb.
Qeyd edək ki, “Daçnik” adlı çimərlik ərazisində dincələn şəxslər tərəfindən çəkilən görüntülərdə bir kişinin dayçaya daş atdığı əks olunub.
Bizim.Media