Qarşıda insanlar çimir, onlar isə avtomobili suya salaraq idarə edirlər… Hər an hansısa ağır faciənin yaşanacağını belə düşünmədən…
Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, dəniz mövsümü açıq elan edildikdən sonra bəzi şəxslər sanki çimərliyə dincəlmək üçün yox, maşınları ilə qanunsuz hərəkət edib video çəksinlər deyə gedirlər.
Yaranan vəziyyət həmin yerlərə istirahətə gedənləri də narahat edir. Onlar deyirlər ki, bu hərəkətlər xüsuilə azyaşlılar üçün təhlükə mənbəyidir.
Məsələ ilə bağlı Daxili işlər nazirliyi də vətəndaşlara xəbərdarlıq edib.
Bizim.Media