Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

“Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfrans iştirakçıları üçün iyulun 17-də Qubaya mediatur təşkil edilib.

Bizim.Media xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi mediaturun məqsədi iştirakçıları Azərbaycanın zəngin dini-mədəni irsi, tarixən formalaşmış tolerantlıq ənənələri və müxtəlif dini konfessiyaların ölkəmizdə sərbəst fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış etmək olub.
 

Qonaqlar əvvəlcə Quba şəhərində yerləşən "Cümə" məscidini ziyarət ediblər. Bildirilib ki, XIX əsrdə inşa edilən məscid Qubanın ən qədim ibadət məkanlarından biridir və şəhərin dini-mənəvi həyatında mühüm yer tutur. Məscid özünəməxsus memarlıq üslubu ilə seçilir və dövlət tərəfindən tarixi-memarlıq abidəsi kimi qorunur.


Sonra iştirakçılar "Səkinəxanım" məscidində bu tarixi ibadət məkanının memarlıq xüsusiyyətləri, onun qorunması istiqamətində görülən işlər və dini icmanın fəaliyyəti ilə tanış olublar. Qeyd edilib ki, məscid XIX əsrin ortalarında Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına inşa olunub.

Qırmızı kərpicdən tikilən, zərif memarlıq elementləri ilə seçilən bu ibadətgah Qubanın dini-mədəni irsinin mühüm nümunələrindən hesab edilir.

Mediatur Quba rayonunun Qırmızı Qəsəbəsində davam edib. Buradakı "Altıgünbəz" sinaqoqunda iştirakçılara bildirilib ki, sinaqoq XIX əsrin inşa olunub və Qırmızı Qəsəbənin dini həyatında mühüm rol oynayıb. Vaxtilə bölgənin əsas ibadət məkanlarından biri olan sinaqoq dövlət tərəfindən bərpa edilərək qorunur və bu gün də dini-mədəni irsin mühüm nümunəsi kimi fəaliyyət göstərir.
 

Daha sonra iştirakçılar Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər. Onların diqqətinə çatdırılıb ki, 2020-ci ildə XIX əsrə aid tarixi Qarçaği sinaqoqunun binasında yaradılan bu mədəniyyət ocağı dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır.


Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini və həyat tərzini əks etdirən zəngin eksponatlar, milli geyimlər, dini ayin əşyaları, əlyazmalar, nadir kitablar və XIX əsrə aid məişət nümunələri nümayiş etdirilir.

Mediatur çərçivəsində qonaqlar dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparmaq və onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

End of content

No more pages to load

RADİO