Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Uzun tıxaclarda, xüsusilə Bakıya istiqamətlənmiş yollarda dəfələrlə şahidi olduğumuz bir mənzərə var: gözləməyə səbri çatmayan sürücülər əks yolu boş görən kimi zolağı dəyişib ön sıralara keçirlər. Sürətlə əks yolu keçib tıxacın önündəki cərgədə azacıq boşluq görən kimi sözün əsl mənasında soxulurlar.

Bu, həm qaydalara ziddir, həm təhlükəlidir, çünki azacıq gecikmə və ya naşılıq qəzaya səbəb ola bilər, həm də ümumilikdə etik deyil, yol hərəkəti mədəniyyətinə ziddir. Tıxacda hamının səbri bir nöqtədən sonra tükənir. Amma bu, əks hərəkət zolağına çıxaraq bir neçə avtomobili ötüb önə keçməyə haqq vermir.

Bəs tıxacda bir neçə dəqiqə qazanmaq naminə insanların həyatını riskə atmaq, başqalarının hüququnu pozmaq sadə yol-nəqliyyat qaydası pozuntusudur, yoxsa avtoxuliqanlıq?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə bu qəbulolunmaz davranış sadə qayda pozuntusudur, amma şəraitdən və davranışın xarakterindən asılı olaraq avtoxuliqanlıq kimi də hüquqi qiymət ala bilər. İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində avtoxuliqanlıq belə təsvir olunur: sürücünün ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı pozulması ilə müşayiət olunan qərəzli hərəkətləridir.

İlk baxışda qeyd etdiyimiz hərəkətdə də ictimai qaydanın nümayişkaranə şəkildə pozulması və açıq hörmətsizlik də var. Amma avtoxuliqanlıq adətən daha ağır xarakterli davranışları əhatə edir. Məsələn: qəsdən kobud şəkildə təhlükəli idarəetmə, digər şəxslərin, əhalinin, piyadaların təhlükəsizliyini ciddi risk altına qoyan hərəkətlər – drift, sürətli yarış təşkil etmə, digər sürücüləri sıxışdırmaq və s. kimi davranışlar nəzərdə tutulur.

Yəni yalnız tıxacdan yayınmaq üçün əks yola çıxmaq özü-özlüyündə hər zaman avtoxuliqanlıq kimi qiymətləndirilmir.

Lakin bu hərəkət digər ağır və qəsdən təhlükəli davranışlarla birlikdə baş verərsə və qanunda nəzərdə tutulan avtoxuliqanlıq əlamətlərini daşıyarsa, həmin maddə ilə də qiymətləndirilə bilər.

Yeri gəlmişkən, avtoxuliqanlığa görə qanunla 500-750 manat cərimə və sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılması və ya işin hallarından asılı olaraq 15 gündən 1 ayadək inzibati həbs və sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılma cəzası gözlənilir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

End of content

No more pages to load

RADİO