Bakı şəhəri, Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin binası sökülərək yenidən tikiləcək.
Bizim.Media xəbər verir ki, yeni təhsil müəssisəsinin 624 şagird yerlik olması nəzərdə tutulur.
Layihə çərçivəsində binanın mebel avadanlıqları ilə təchiz edilməsi də planlaşdırılır.
Sözügedən işlərə 938 min 755 manat xərlənməsi nəzərdə tutulur. (Oxu.az)

Bizim.Media