Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında ciddi qanun pozuntuları müəyyən edib.

Belə ki, monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina"  "Vellara Form Coffee" və "Vellara Form Tea"  məhsulların tərkibində Azərbaycanda istifadəsi qadağan olunan, insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı – AQTA-dan XƏBƏRDARLIQ


AQTA bildirib ki, araşdırmalar zamanı həmin məhsulların ölkəyə şəxsi istifadə məqsədilə gətirildiyi, daha sonra isə sosial şəbəkələr vasitəsilə qanunsuz satışa çıxarıldığı müəyyən olunub.

Agentliyin məlumatına görə, faktlarla bağlı aidiyyəti dövlət qurumlarına, o cümlədən hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bununla belə, Bizim.Media-nın apardığı araşdırmalar AQTA-nın təhlükəli olduğunu açıqladığı məhsulların satışının hələ də davam etdiyini göstərir.

Məlum olub ki, Türkiyə istehsalı “Green Good Lux Slimming Coffee" (fındıqlı) və Malaziya istehsalı "Spirulina"  məhsulları sosial şəbəkə hesabları üzərindən reklam olunur və satışı həyata keçirilir. Hesabların paylaşım və şərh bölmələrindən də məlum olur ki, məhsulları sifariş edən şəxslərin sayı heç də az deyil.

Bu məhsulların satışının niyə hələ də davam etdiyi, bu istiqamətdə əlavə nəzarət tədbirlərinin görülüb-görülmədiyi və qanunsuz satış hallarının qarşısının alınması üçün hansı addımların atıldığı sualları cavabsız qalır.

Məsələ ilə bağlı AQTA-ya ünvanladığımız sorğuya hələki cavab verilməyib.

Məlumat üçün bildirək ki, Sibutramin arıqlamaq məqsədilə istifadə olunan, lakin təhlükəsizlik səbəbindən bir çox ölkədə istifadəsi məhdudlaşdırılan və ya qadağan edilən iştaha azaldıcı dərman maddəsidir. O, birbaşa qida qəbulunu azalda bilir.

Lakin Sibutraminin sağlamlıq üçün ciddi riskləri müəyyən edilib. Əsas təhlükələri bunlardır:

Ürək-damar sisteminə mənfi təsir: qan təzyiqini yüksəldə, ürək döyüntüsünü sürətləndirə və ürək ritm pozğunluqlarına səbəb ola bilər.

Ürək tutması və insult riskini artıra bilər: xüsusilə ürək-damar xəstəliyi olan şəxslərdə risk daha yüksəkdir.


Sinir sisteminə təsir göstərə bilər: narahatlıq, yuxusuzluq, əsəbilik, baş ağrısı və əhval dəyişiklikləri yarada bilər.

Digər dərmanlarla təhlükəli qarşılıqlı təsirə girə bilər: xüsusilə bəzi antidepressantlarla birlikdə istifadəsi ağır fəsadlara səbəb ola bilər.

Nəzarətsiz istifadə zamanı ciddi təhlükə yaradır: internet və ya qeyri-rəsmi satış kanallarından alınan arıqlama məhsullarında maddənin gizli şəkildə olması xüsusilə risklidir.

Təssüf ki, tərkibində təhlükəli maddə olan yuxarıda sadaladığımız arıqlama üçün nəzərdə tutulan bu məhsullar hələ də satışdadır.




Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

End of content

No more pages to load

RADİO