“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

Ölkəmizdə hər iki şəxsdən birinin VÖEN-ü var. Baxmayaraq ki, VÖEN-nü olanların bir çoxu heç sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Sadəcə hansısa səbəbə görə özünə VÖEN açdırıb. Sonradan isə onu deaktiv etdirməyi də unudub.

Həmin şəxslər unudurlar ki, aktiv VÖEN-nü olmaq o deməkdir ki, sən sahibkarlıq fəaliyyəti ilə məşğulsuan və buna görə ən azı 3 aydan bir vergi orqanlarına hesabat verməlisən.

Digər tərəfdən aktiv VÖEN-ü olmaq o deməkdir ki, sən işsiz sayıla bilməzsən. Belə vəziyyətdə olanlar “yalançı sahibkar” hesab edilir.

Bəs, yalançı sahibkarlığın qanunsuz sahibkarlıqdan fərqi nədir?

Qanunsuz sahibkarlıq odur ki, hansısa sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olursan. Amma bu fəaliyyətindən qazndığın vəsaitdən dövlətə heç bir vergi ödəmirsən. Yaxud da ölkəmizdə qadağan olunmuş sahibkarlıq fəaliyyəti ilə məşğul olursan. Məsələn, qumar oyunları, pramida şəbəkəsi və s.

Beləcə, “Yalançı sahibkar”ın özündən başqa heç kimə zərəri olmasa da, qanunsuz sahibkarların həm dövlətə, həm də cəmiyyəyə çox böyük zərərləri var.

Hansı cəza nəzərdə tutulur?

Maraqlıdır ki, Milli Məclisin yaz sessiyasında Cinayət Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Yeni dəyişikliklər iqtisadi xarakterli cinayətlərə görə cinayət məsuliyyətindən azad edilmə şərtlərini yumşaldır, eyni zamanda "yalançı sahibkarlıq" anlayışının tətbiq dairəsini genişləndirir.

Qəbul olunan dəyişikliklərə əsasən, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq və rəqabəti məhdudlaşdırma kimi iqtisadi cinayətləri törətmiş şəxslər vurduqları ziyanı tam ödədikdə və ya əldə etdikləri qanunsuz gəliri tam həcmdə dövlət büdcəsinə qaytardıqda cinayət məsuliyyətindən azad oluna biləcəklər. Əvvəlki qaydalara görə isə həmin şəxslər ziyanın və ya qanunsuz gəlirin tam məbləğindən əlavə, onun 100 faizi həcmində də büdcəyə ödəniş etməli idilər.

Yeni qanunla bu əlavə ödəniş 50 faizə endirilib.

Dəyişikliklər Cinayət Məcəlləsinin 193-cü maddəsində ("Yalançı sahibkarlıq") də yeni tələblər müəyyənləşdirir. Bundan sonra faktiki sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan, qanunsuz kredit almaq, vergi və digər ödənişlərdən yayınmaq, əmlak mənfəəti əldə etmək və ya qanunsuz fəaliyyəti gizlətmək məqsədilə fərdi sahibkar kimi vergi uçotuna duran şəxslər də yalançı sahibkarlıq əməlinə görə məsuliyyət daşıyacaqlar.
 

Bundan əlavə, saxta məqsədlərlə yaradılmış hüquqi şəxslərin və ya vergi uçotunda olan fiziki şəxslərin fəaliyyətinin faktiki olaraq gizli şəkildə idarə edilməsi də yalançı sahibkarlıq kimi qiymətləndiriləcək.


Qanunvericilikdə edilən bu dəyişikliklərin vergi intizamının gücləndirilməsinə, iqtisadi fəaliyyətin şəffaflığının artırılmasına və saxta sahibkarlıq sxemlərindən istifadənin qarşısının alınmasına xidmət etdiyi bildirilir.

Beləliklə, VÖEN-i olub, amma faktiki sahibkarlıq fəaliyyəti ilə məşöul olmayanlar rəsmi olaraq “Yalançı sahibar” hesab ediləcək. Və onlar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olanlarla eyni məsuliyyət daşıyacaqlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

End of content

No more pages to load

RADİO