Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

İlin hər fəslində Bakının küçə və prospektlərində təmir-tikinti işləri gedir. Müxtəlif prospekt və küçələrdə asfalt örtüyünün yenilənməsi, yol nişanlarının quraşdırılması, kommunikasiya xətlərinin təmiri və digər işlər tez-tez müşahidə olunur. Yolların genişləndirilməsi, təmiri, insanlar və nəqliyyatın hərəkəti üçün görülən işlər müsbət hal olsa da təmirin hansı saatda aparılması müzakirə mövzusudur.

Çünki işlərin təşkilində düzgün planlaşdırma olmadıqda, görülən tədbirlər problemi həll etmək əvəzinə yeni çətinliklər yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR


Gur saatlarda yolların bağlanması onsuz da yüklənmiş yola əlavə təzyiq göstərir. Nəticədə uzun tıxaclar yaranır, marşrut avtobuslarının qrafiki pozulur, minlərlə insan işə və ya evə gecikir.

Dünyanın bir çox iri şəhərlərində əsas magistrallarda təmir işləri, mümkün olduqca, gecə saatlarında və ya hərəkətin az olduğu vaxtlarda həyata keçirilir. Təbii ki, bütün işlərin yalnız gecə görülməsi hər zaman mümkün olmaya bilər. Ancaq əvvəlcədən planlaşdırılan təmir və yenidənqurma işlərinin böyük hissəsinin nəqliyyatın ən sıx olduğu saatlara salınması ciddi suallar doğurur.

Yollarda aparılan təmir zamanı yaranan digər çətinlik isə alternativ yollarla bağlıdır. Paytaxt yollarında aparılan təmir işləri zamanı nəqliyyatın hərəkəti alternativ küçələrə yönləndirilir.

Nəticədə bu küçələrdə də sıxlıq yaranır. Bu sıxlığa səbəb həm də həmin küçədə mövcud olan parklanmadır. Əksər hallarda yol kənarında parklanma qüvvədə qalır. Belə hallarda həmin küçələrdə parklanmanın müvəqqəti məhdudlaşdırılmasının mümkün olub-olmaması da maraq doğuran məsələlərdəndir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib ki, yolların təmir olunması ilə bağlı konkret vaxt, yəni sutkanın saatları müəyyənləşməyib:

“Belə bir standart mövcud deyil. Sadəcə, yollarda təmir-tikinti işləri aparanda avtomobil yolundakı avtomobillərin intensivliyi nəzərə alınmalıdır. Yaxşı olardı ki, yollarda təmir-tikinti işləri sıxlıq olmayan dövrlərdə həyata keçirilsin. Yay mövsümü olmasına baxmayaraq, Bakının küçə və prospektlərində sıxlıq, tıxac müşahidə olunur, yollar qəfil bağlanır və təmir-tikinti işlərinin hərəkətin intensiv vaxtında həyata keçirilməsi bir qədər də bu işi çətinləşdirir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

End of content

No more pages to load

RADİO