“Bu ilin ilk altı ayı ərzində ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb:
"İki məktəb bufetinin fəaliyyəti məhdudlaşdırılıb".
Bizim.Media