Qubada 23 yaşlı 5 aylıq hamilə qadın antibiotikdən dünyasını dəyişib. Hadisə Quba rayonunun İqrığ kəndində baş verib. Səbinə Feyzulla qızı Əmrahova həkim təyinatı ilə vurulduğu bildirilən antibiotikə qarşı sınaqdan sonra qəfil ağırlaşıb.
Onun vəziyyəti pisləşdikdən sonra yaxınları tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, reanimasiya şöbəsində vəfat edib.
Bizim.Media-nın çəkiliş qrupu hadisə yerində olub.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu