BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

1826-cı ilin yayında Gülüstan müqaviləsindən sonra ələ keçirdiyi Azərbaycanın şimal torpaqlarında möhkəmlənmək məqsədilə çar Rusiyası yenidən Qafqaza hücuma hazırlaşırdı.

Öz növbəsində Qacarlar dövləti də Rusiyanın ələ keçirdiyi torpaqları almaq istəyirdi. Buna görə də 1826-cı ilin 15 iyulunda ruslarla Qacarlar arasında yeni müharibə başlandı. Həmin gün şahzadə Abbas Mirzə 60 minlik qoşunu ilə Şimali Azərbaycan ərazisinə daxil oldu.

Bəs, iyulun 15-də dünyada daha hansı hadisələr baş verib?

1. Birinci Səlib (xaçlı) Yürüşünün sonunda - 1099-cu ilin 15 iyulunda Qüds şəhəri Xaçlı Ordusunun əlinə keçdi. Qüdsdə misli görülməmiş qırğın törədən xaçlılar minlərlə müsəlman və yəhudini qətlə yetirdilər.

2. 15 iyul 1778-ci ildə Milanda məşhur La Scala opera teatrı açılıb.

3. 1783-cü ilin bu günündə Lion yaxınlığındakı Sona çayında fransız mühəndis Klod Fransua Dorot de Joffrua tərəfindən tarixdə ilk buxar gəmisi suya buraxılıb. 182 tonluq gəmini vahid silindrli horizontal buxar mühərriki hərəkə gətirirdi. Suyun əks istiqamətinə hərəkət edən gəmi 365 metrlik məsafə qət etdikdən sonra sahilə yan almağa məcbur olub.

4. 15 iyul 1952-ci ildə Azərbaycanda “Kirpi” satirik jurnalı çap olunmağa başladı.

5. 1974-cü il 15 iyulda Kiprdə Yunanıstan zabitlərindən ibarət Milli Mühafizəçilər dəstəsi çevriliş edərək ölkə başçısı Makariosu devirdi. Hakimiyyətə EOKA-nın sədri Nikos Sampson gətirildi. Türkiyə qiyamçılara sərt reaksiya verdi və qarantiya haqqlarını istifadə etmək üçün hazırlıqlara başladı. 

6. 15 iyul 1976-cı ildə "Apple Computer" şirkəti Stiv Cobs və Stiv Vozniak tərəfindən qurulub.

7. 1982-ci ilin 15 iyulunda Parisdə "Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiya imzalanıb. 2002-ci il aprelin 2-də Azərbaycanın həmin Konvensiyaya qoşulması barədə Qanun qəbul edilib.

8. 1983-cü ilin 15 iyulunda Parisin Orli hava limanındakı Türkiyə Hava Yollarının bürosuna erməni terror təşkilatı ASALA üzvləri tərəfindən bombalı hücum oldu, ikisi Türkiyə, dördü Fransa vətəndaşı olmaqla 8 adam həyatını itirdi, 55 nəfər yaralandı.

9. Türkiyə hökumətinin içinə sızan FETÖ terror təşkilatı üzvləri 15 iyul 2016-cı ildə çevriliş cəhdi etdi. Paytaxt Ankarada “TRT”nin binalarına hücum edildi, özünü "Yurdda sülh şurası” adlandıran FETÖ terror təşkilatı üzvlərinin hazırladığı mətn silah gücünə oxutduruldu. FETÖ qiyamçıları Türkiyə Böyük Millət Məclisi (TBMM), Ankara Təhlükəsizlik Müdirliyi və Xüsusi Hərəkat Departamentini bombaladılar. Xalq çevrilişə sinə gərdi, 251 nəfər şəhid oldu.

15 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. İntibah dövrünün dahi sənətkarlarından olan holland rəssamı Rembrant 1606-cı ilin bu günü dünyaya gəlib.

2. Azərbaycanın xalq rəssamı, heykəltaraş Cəlal Qaryağdı 1915-ci ilin 15 iyulunda anadan olub. Onun milli üslubda yaratdığı Sovet İttifaqı Qəhrəmanları - Həzi Aslanov, İsrafil Məmmədov, Adil Quliyevin büstləri, Natəvanın barelyefi, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Qara Qarayev və Fikrət Əmirovun heykəlləri müəlllifə böyük şöhrət qazandırıb (1915-1999).

3. Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti Gülağa Məmmədov 1925-ci ilin bu günü doğulub. Azərbaycan Dövlət Konservatoriyası nəzdində Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi musiqi məktəbini bitirib. 1937-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasında ilk dəfə böyük səhnəyə çıxıb və Koroğlunun ariyasını ifa edib.

4. 15 iyul 1925-ci ildə Xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925 – 1994) anadan olub. 1953-cü ildən Akademik Opera və Balet Teatrının solisti olub, bir çox xarici ölkələrdə çıxış edib.

5. 15 iyul 1926-ci ildə Xalq artisti Sədayə Mustafayeva (1926 – 2004) dünyaya gəlib. Şəki, Gəncə Dram teatrlarında çalışıb, filmlərdə (“Mən ki gözəl deyildim”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət” və s.) yaddaqalan obrazlar yaradıb.

6. 15 iyul 1928-ci ildə tanınmış tərcüməçi Mehdi Mirkişiyev (1928-1992) anadan olub. Rus dilindən çoxsaylı ədəbi tərcümələr edib.

7. 15 iyul 1930-cu ildə bəstəkar, Xalq artisti, professor Azər Rzayev (1930 –14.12.2015) dünyaya göz açıb. “Bakı-90” simfoniyası, kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Filarmoniyanın bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub.

8. Azərbaycan əsgəri, Milli Qəhrəman Əsəd Əhmədov 15 iyul 1970-ci ildə dünyaya gəlib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

End of content

No more pages to load

RADİO