Bu gün Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qazın verilişi dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 14 iyul saat 09:00-dan işlər yekunlaşanadək Culfa və Ordubad rayonlarının, Babək rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media