Ağstafada baş verən mübahisə qanlı sonluqla nəticələnib.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyata götürülüb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. A.Budaqlının hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu