Xaçmaz rayonunun Köhnə Xudat kəndində yaşayış evində yanğın baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yanğın İslam Hilal oğlu Nəbiyevə məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Hazırda evin dam örtüyü və həyətdəki yardımçı tikili alov içərisindədir.
Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin Xudat bölməsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin başvermə səbəbi və mümkün zərər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu