Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, “AzEdu.az”ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
 

Biləsuvar rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 960 şagird bitirib, onların 957 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 41 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il qəbul imtahanlarında 25 məktəbin məzunları iştirak etsə də, respublika üzrə yaxşı məktəblər və ya rayonun ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd olunmayıb.


Hacıqabul rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 612 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 35 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Hacıqabul şəhər 8 və 10 nömrəli tam orta məktəbləri daxil edilib. Rayonun ən yaxşı məktəbi sırasında isə Ə.Əliyev adına Talış kənd tam orta məktəbi göstərilib.

Neftçala rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 643 şagird bitirib, onların 642 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 51 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1 və 4 nömrəli şəhər tam orta məktəbləri qeyd olunub.
 

Salyan rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1428 şagird bitirib, onların 1418 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 92 nəfəri 500-dən, o cümlədən 25 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 2 nömrəli şəhər tam orta məktəbi daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında Humanitar fənlər təmayüllü 1 nömrəli məktəb-liseyi, Texniki fənlər təmayüllü 7 nömrəli məktəb-liseyi və Aşağı Noxudlu kənd tam orta məktəbi yer alıb.


Şirvan şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 797 şagird bitirib, onların 793 nəfəri buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 53 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il şəhərin ən yaxşı məktəbləri sırasında 1 nömrəli şəhər tam orta məktəbi qeyd olunub.

Beləliklə, Şirvan-Salyan  rayonu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Salyan rayonu (92 nəfər) ilk sırada qərarlaşıb. Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında Hacıqabul və Salyan rayonlarının məktəbləri yer alıb. Bununla yanaşı, Neftçala və Şirvan şəhərində də yüksək nəticə göstərən məktəblər fərqləndirilib. Biləsuvar rayonunda isə bu il respublika üzrə yaxşı məktəblər və rayonun ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri qınadı - VİDEO

Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri qınadı - VİDEO

Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə aşağı düşdü

Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə aşağı düşdü

Bu universitetin korpusu 26 milyon manata təmir olunacaq

Bu universitetin korpusu 26 milyon manata təmir olunacaq

Anar Paşacanov Dünya Bankında yüksək vəzifəyə gətirildi

Anar Paşacanov Dünya Bankında yüksək vəzifəyə gətirildi

Azərbaycanda axtarışda olan kişinin meyiti küçədə tapıldı

Azərbaycanda axtarışda olan kişinin meyiti küçədə tapıldı

Sürücülərə şad xəbər: 46 küçədə təmir işləri yekunlaşdı

Sürücülərə şad xəbər: 46 küçədə təmir işləri yekunlaşdı

Putin: “Türkiyə bizim imtiyazlı tərəfdaşımızdır"

Putin: “Türkiyə bizim imtiyazlı tərəfdaşımızdır"

Kaya Kallasın mətbuat katibi vəzifəsindən İSTEFA VERDİ

Kaya Kallasın mətbuat katibi vəzifəsindən İSTEFA VERDİ

ABŞ İranın hücumunu 80-dən çox “Patriot” raketlə dəf edib

ABŞ İranın hücumunu 80-dən çox “Patriot” raketlə dəf edib

Prezidentin Narendra Modi ilə görüşündən FOTO

Prezidentin Narendra Modi ilə görüşündən FOTO

ANAMA ilə ASEAN təşkilatı arasında minatəmizləmə əməkdaşlığı genişlənir

ANAMA ilə ASEAN təşkilatı arasında minatəmizləmə əməkdaşlığı genişlənir

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı - FOTO/VİDEO

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı - FOTO/VİDEO

Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək

Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək

İlkin İsmayılov yeni vəzifəyə təyin olundu

İlkin İsmayılov yeni vəzifəyə təyin olundu

Rafet El Romanın canlı ifası müzakirələr yaratdı – VİDEO

Rafet El Romanın canlı ifası müzakirələr yaratdı – VİDEO

Sevinc Əzizovaya vəzifə verildi - FOTO

Sevinc Əzizovaya vəzifə verildi - FOTO

Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərdi - FOTO

Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərdi - FOTO

Bişkekdə Putinlə Ərdoğanın görüşü keçirilir - VİDEO

Bişkekdə Putinlə Ərdoğanın görüşü keçirilir - VİDEO

Qusarlı şəhid mayor Sənan Zamanovun qızı tələbə adını qazandı - FOTO

Qusarlı şəhid mayor Sənan Zamanovun qızı tələbə adını qazandı - FOTO

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR

Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Bakının bu qəsəbəsində qaz olmayacaq

Bakının bu qəsəbəsində qaz olmayacaq

İdmançıların yeni reytinqi bəlli oldu - Həsrət Cəfərov yenə liderdir

İdmançıların yeni reytinqi bəlli oldu - Həsrət Cəfərov yenə liderdir

Bağçada uşağın qanında psixotrop maddə tapılması iddiası rəsmi nəzarətə götürüldü

Bağçada uşağın qanında psixotrop maddə tapılması iddiası rəsmi nəzarətə götürüldü

End of content

No more pages to load

RADİO