Yanğınlar hər il ölkədə insan həyatı və ətraf mühit üçün ciddi təhlükə yaradan əsas fövqəladə hadisələrdən biri olaraq qalır. Xüsusilə yay aylarında havanın yüksək temperaturu səbəbindən yanğın riski artır, nəticədə bu cür hadisələr daha çox müşahidə olunur. Yanğınların hansı səbəblərdən baş verdiyini bilmək isə onların qarşısının alınması, risklərin minimuma endirilməsi üçün vacib amillərdən biridir.
Bəs son 5 ildə Azərbaycanda qeydə alınan yanğınlar ən çox hansı səbəbdən yaranıb?
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən beş il ərzində qeydə alınan yanğınların 45 faizi elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib.
Məlumata görə, son beş ildə baş vermiş yanğınların 68 faizi yaşayış, 19 faizi nəqliyyat, 4 faizi meşə və açıq sahələrdə, 4 faizi isə ticarət obyektlərində qeydə alınıb.
Xədicə Paşayeva, Bizim.Media