“Azərsun Holdinq”in baş icraçı direktoru: “Ölkəmizin iqtisadi inkişafına töhfə verməyə davam edəcəyik”

“Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan mövcud iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb.

Bizim.Media Savaş Uzanın “qafqazinfo.az”a müsahibəsini təqdim edir:

- Savaş bəy, bölgədə və dünyada baş verən böhranlar ərzaq təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirir. “Azərsun Holdinq”in bu istiqamətdəki planları ilə bağlı fikrinizi öyrənmək istəyərdik...

- Bildiyiniz kimi 35 ildir Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupu olaraq ölkəmizin ərzaq təhlükəsizliyi həmişə prioritetimiz olub. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bütün dünyada tədarük zəncirinin pozulduğu COVİD-19 pandemiyası, münaqişələr və digər böhranlar zamanı Azərbaycanda əhalinin təminatında heç bir sıxıntı yaşanmadı. Çox məmnunuq ki, biz də “Azərsun Holdinq” olaraq bu işdə üzərimizə düşən məsuliyyəti layiqincə daşıya bildik. “Azərsun-2030” strategiyamız çərçivəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə yeni layihələrin icrasını nəzərdə tutmuşuq.

- Bu barədə bir az ətraflı məlumat verə bilərsinizmi? Planlarınıza hansı layihələrin icra edilməsi daxildir?

- “Azərsun” olaraq qərara gəlmişik ki, strateji əhəmiyyət kəsb edən günəbaxan yağı, şəkər və digər kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ölkənin uzunmüddətli ehtiyatlarını təmin edəcək istehsal gücü formalaşdırılmalıdır. Bu ildən etibarən strateji əhəmiyyətə malik günəbaxan yağının yerli xammal hesabına təmin edilməsi istiqamətində də zəruri addımlar atmağa başlayırıq. Bu çərçivədə hazırda tərəfimizdən 200 hektardan çox ərazidə günəbaxan əkinləri həyata keçirilib və 500 tondan çox məhsul toplamağı hədəfləyirik. 2030-cu ilə qədər əkin sahələrini 1.800 hektara, yığılacaq məhsulun həcmini isə 4.000 tona qədər artırmağı planlayırıq.

Bununla da bu istiqamətdə idxaldan asılılığı kəskin şəkildə azaltmış olacağıq. Yerli şəkər çuğunduru istehsalında isə 700–800 min tonluq hədəflər müəyyənləşdirilib və uzunmüddətli strateji plan əsasında bu sahədə ölkənin daxili tələbatının əhəmiyyətli hissəsini qarşılayacaq səviyyəyə çatmağı nəzərdə tuturuq.

Bununla yerli fermerlərin sosial-rifah halının yüksəlməsinə də böyük dəstək vermiş olacağıq. Qeyd etmək istəyirəm ki, “Azərsun Holdinq”in təşəbbüsü ilə artıq 20 ildir ki, bölgələrdə yaşayan minlərlə fermer şəkər çuğunduru əkinçiliyi ilə məşğul olur, bu istiqamətdə onlara şirkətlər qrupumuz tərəfindən bütün zəruri dəstək verilir. 2026-cı ilin ilk 5 ayı ərzində 53.571.000 ABŞ dolları dəyərində 84.530 ton şəkər ixrac etmişik, ilin yekununda 88.000.000 ABŞ dolları dəyərində 140.000 ton məhsulun ixracı nəzərdə tutulur. Hədəfimiz bu sahənin daha da inkişaf etdirilməsi, ixracın artırılmasıdır.

- Savaş bəy, “Azərsun Holdinq” qida sənayesi istiqamətində ölkənin aparıcı şirkətlərindən olmaqla bərabər son illərdə qeyri-qida istehsalını artırmaqdadır. Bu istiqamətdə hansısa yeniliklər gözlənilirmi?

- Şirkətlər qrupumuzun qeyri-qida sahəsində fəaliyyəti Azərsun Kağız və Karton İstehsalat Korporasiyası tərəfindən tənzimlənir və hazırda karton, gigiyenik kağızlar, təmizlik məhsullarının istehsalını təmin edirik. Eyni zamanda illik istehsal həcmi 50.000 ton olan Kağızın Təkrar Emalı fabrikimizin fəaliyyəti nəticəsində ətraf mühitin qorunmasına mühüm töhfə vermiş oluruq. 2030-cu ilə qədər bu həcmi 140.000 tona qədər artırmaq nəzərdə tutulub. Yaxın gələcəkdə kağız sənayesinə əlavə 100 milyon manat investisiyanın yatırılmasını nəzərdə tuturuq ki, bununla ölkəmizin tələbatını daxili gücümüz hesabına təmin etməklə bərabər ixrac potensialımızı artırmaq və region ölkələrinin bazarlarında da ciddi pay sahibi olmaq istəyirik.

- Hazırda bütün biznes dünyasının əsas müzakirə obyekti süni intellektdir. Sizin fəaliyyətinizdə bu texnoloji yeniliklə bağlı hansı hədəflər var?

- Bu gün süni intellekt və rəqəmsal texnologiyalar şirkətlərin idarə edilməsində yeni reallıq formalaşdırır. “Azərsun” olaraq biz də əkindən satışa qədər bütün mərhələlərdə süni intellekt dəstəkli avtomatlaşdırılmış sistemlər tətbiq edirik və ölkəmizdə yüksək sürətlə həyata keçirilən rəqəmsal transformasiyanın önündə olan holdinqlərdənik. Ölkənin qeyri-neft sektorunun aparıcı nümayəndələrindən olaraq fəaliyyətimizi məlumat əsaslı qərarlar, ölçülə bilən KPI-lar və rəqəmsal idarəetmə sistemləri üzərində qururuq. Məqsədimiz daha çevik, səmərəli və daha ağıllı idarə olunan şirkətlər qrupuna çevrilməkdir.

İnanırıq ki, innovasiya, texnologiya, güclü komanda və strateji baxışın vəhdəti “Azərsun”un gələcək inkişafının əsas hərəkətverici qüvvəsi olacaq. Qarşıdakı dövrdə də ölkəmizin iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və ixrac potensialının artırılmasına töhfə verməyə davam edəcəyik.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

End of content

No more pages to load

RADİO