Cibimizi kiberdələduzlardan necə qoruyaq? – Ən sadə ÜSULLAR

Rəqəmsal texnologiyaların sürətlə inkişafı həyatımızı asanlaşdırdığı qədər, yeni təhlükələri də özü ilə gətirir. Son dövrlərdə kiberdələduzluq sayı nəinki artıb, həm də mərhələ adlayıb. Artıq dələduzlar süni intellektin imkanlarından istifadə edərək insanların səsini təqlid edir, yazışma üslubunu kopyalayır, hətta yaxın qohum və ya dost kimi davranaraq qurbanlardan pul və şəxsi məlumat əldə etməyə çalışırlar.

Belə bir vəziyyətdə kiberdələduzlardan cibimizi və şəxsi məlumatlarımızı necə qoruyaq? Hansı məqamlara diqqət etməliyik?
 

MÖVZU İLƏ BAĞLI:

5 ölkənin kəşfiyyatı xəbərdarlıq etdi: Süni intellektdən güclü kiberhücum gəlir


Məsələ ilə bağlı mütəxəssis fikirlərini öyrəndik. İT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya bildirib ki, süni intellekt dəstəkli "deepfake" və səs təqlidi texnologiyalarından istifadə edən kiberdələduzlardan qorunmağın ilk şərti stress və təlaş anında rasional davranmaq, qarşı tərəfin yaratdığı "təcili pul köçürmə" təzyiqinə tabe olmamaqdır:

“Yaxınlarınızın adından qeyri-adi maliyyə xahişləri və ya böhran ssenariləri ilə zəng yaxud mesaj gəldikdə, səsə və ya yazı üslubuna kor-koranə inanmamalı, dərhal alternativ kanallarla, məsələn, adi mobil zənglə şəxsin özü ilə əlaqə saxlayaraq vəziyyəti dəqiqləşdirməlisiniz.

Eyni zamanda, bu növ qabaqcıl manipulyasiyaların qarşısını tamamilə kəsmək üçün ailə üzvləri və tərəfdaşlar arasında yalnız sizin biləcəyiniz gizli bir "təhlükəsizlik parolu" (ailə şifrəsi) təyin etmək ən effektiv praktik üsuldur”.


Texniki təhlükəsizlik müstəvisində isə E.Abbasov diqqətə çatdırıb ki, sosial media platformalarında və messencerlərdə iki-faktorlu kimlik doğrulamasını (2FA) mütləq aktivləşdirmək lazımdır ki, dələduzlar yaxınlarınızın profilini ələ keçirib onların yazı üslubunu təqlid edə bilməsinlər.

“Kibergigiyena qaydalarına riayət edərək şəxsi profilləri kənar şəxslərə qapatmaq, sosial şəbəkələrdə geniş səs yazıları və rəqəmsal izlər buraxmaqdan çəkinmək süni intellekt alqoritmlərinin verilənlər bazasını məhdudlaşdırır. Maliyyə itkilərini minimuma endirmək üçün isə əsas bank hesablarını qorumaq, onlayn köçürmələrə gündəlik limitlər qoymaq və bu növ şübhəli əməliyyatlarda yalnız daxilində az vəsait olan virtual kartlardan istifadə etmək cibinizi tam təhlükəsiz saxlamağa imkan verəcək”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

End of content

No more pages to load

RADİO