İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var - FOTO
TƏBİB-dən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) 05.07.2026-ci il tarixində saat 16:30 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
1959-cu il təvəllüdlü şəxsə sağ çiyin oynağının çıxığı diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
Bizim.Media, Aran bürosu