Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub.
Bizim.Media xəbər verir ki, hadisə M. Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb.
1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Rüstəmov aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)
Bizim.Media