“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

Xəbər verdiyimiz kimi, uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasını hədəfləyən yeni qanun layihəsi qəbul olunub. Layihəyə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaş aralığında olan yeniyetmələr isə yalnız valideynin və ya qanuni nümayəndəsinin razılığı ilə sosial şəbəkələrdə hesab aça biləcəklər. Təşəbbüsün əsas məqsədi azyaşlıların internet mühitində üzləşə biləcəyi kibertəzyiq, zərərli məzmun, şəxsi məlumatların yayılması və digər risklərdən qorunmasını təmin etməkdir.

Bizim.Media mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrənib.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin fikrincə, sosial şəbəkədən asılı uşaqlar zərərli vərdişlərə də meyilli olur:

“Belə bir qanunun qüvvəyə minməsi çox yaxşıdır. Çünki biz dəfələrlə sosial şəbəkələrin qurbanı olan uşaqların çox ciddi problemlərlə qarşılaşdığını görürük. Bu, uşaqların tüfeyli həyat sürməsinə gətirib çıxarır, onların kriminal aləmlə ünsiyyəti formalaşır, zərərli vərdişləri, adi və ya qumar oyunlarına bağlılığı olur.
 

Valideynlər də 16-18 yaş arasındakı yeniyetmələrə bu şəraiti yaratmamalıdır. Çünki 16-18 yaş arası da çox təhlükəli bir yaş dövrüdür. Ancaq biz texnologiyalar əsrində yaşayırıq. İstər-istəməz uşaqların dərsləri və repetitorluq fəaliyyətləri ilə bağlı telefondan, planşetdən, kompüterdən istifadə etməsi çox önəmlidir.


Ona görə bu qanun var, onu icra edəcək nəzarət mexanizmi isə valideynlərdədir. Valideyn uşağına yemək verərkən baxması üçün yanına telefon da qoyursa, burada heç bir qanunun təsiri olmayacaq. Valideyn məsuliyyəti vacibdir. Bu qanun daha çox onların üzərindən işləyəcək”.

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də bu qanun layihəsinin qəbul olunmasını müsbət addım hesab edir:

“Artıq Avropanın milli dəyərlərimizə xeyli uzaq olan bir sıra ölkələrində də uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı oxşar qanunlar qəbul olunub. Düşünürəm ki, bu qanun layihəsinin müzakirəyə çıxarılması hətta bir qədər gecikmiş addımdır. Çünki bu, gündəlik həyatımızda hiss etdiyimiz problemlərdən biridir.

Hər birimizin övladları, nəvələri və yaxınları günün böyük hissəsini sosial şəbəkələrdə keçirməyə üstünlük verirlər. Təbii ki, bu, həm zərərli vərdişə çevrilir, həm də sosial şəbəkələr uşaqların əxlaqını korlayır və dünyagörüşünün formalaşmasına mənfi təsir göstərir.
 

Bəzən ölkədə baş verən intihar və digər xoşagəlməz hadisələr fonunda da görürük ki, bəzi gənclər sosial şəbəkələrdə qarşılaşdıqları oyunların və ya məzmunların təsiri altında intihara cəhd edib və ya digər cinayət əməlləri törədiblər. Bu baxımdan, gənc nəslin zərərli təsirlərdən uzaq saxlanılması və onların inkişafı üçün daha faydalı istiqamətlərə yönəldilməsi vacibdir. Elə buna görə də 16 yaşına qədər uşaqların sosial şəbəkələrdə hesab yaratmasına yol verilməməsini olduqca vacib hesab edirəm.


16-18 yaş aralığında isə hesabın valideynin razılığı ilə açılması başadüşüləndir. Valideyn övladının sağlam düşüncəli, məntiqli və mənfi təsirlərə qarşı dayanıqlı olduğunu hesab edirsə, sosial şəbəkədən istifadəsinə razılıq verə bilər. Ancaq bunun da müəyyən riskləri var. 16-18 yaşlı bütün yeniyetmələrin eyni səviyyədə psixoloji hazırlığa malik olduğunu demək olmaz və bu yaş qrupunda da mənfi təsirlərlə qarşılaşma ehtimalı qalır”.

Çingiz Qənizadə əlavə edib ki, uşaqların sosial şəbəkələrdən istifadəsinə valideyn nəzarəti olduqca vacibdir:

“Təəssüf ki, bəzi ailələrdə hər iki valideyn işləyir və uşaqlar diqqətdən kənarda qalır. Bəzən isə valideynlərdən biri işləyir, digəri ev işləri ilə məşğul olur və buna görə də uşağın internet fəaliyyətinə kifayət qədər nəzarət edə bilmir. Bu səbəbdən, bəzi hallarda valideynlər bu məsuliyyətin öhdəsindən tam gələ bilmirlər. Ona görə də problemin qanunla tənzimlənməsi məqsədəuyğundur.

16 yaşadək uşaqlar üçün qadağanın tətbiqi, 16-18 yaşlı yeniyetmələr üçün isə valideyn razılığı şərtinin qoyulması müsbət nəticələr verə bilər. Mən bu qanunu birmənalı şəkildə dəstəkləyirəm və valideynlərə də çağırış edirəm ki, övladlarının sosial şəbəkələrdən istifadəsinə daha ciddi nəzarət etsinlər, xüsusilə də yetkinlik yaşına çatmayan uşaqların internet mühitində qarşılaşa biləcəyi risklərə qarşı daha diqqətli olsunlar”.

Sabiq təhsil naziri, professor Misir Mərdənovun sözlərinə görə, sözügedən qanunun qəbulunu müsbət qiymətləndirib:

“Fikrimcə, belə bir qərarın qəbul olunması vacibdir. Əlbəttə, qərarı qəbul etmək bir məsələdir, onun icrasını təmin etmək isə başqa məsələdir və bu, o qədər də asan deyil. Amma real şəkildə icrası mümkün olarsa, bunun ilk növbədə uşaqların və gənclərin xeyrinə olacağını düşünürəm.

Sosial şəbəkələrin uşaqlara təsirinə gəlincə, həddindən artıq istifadə zərərlidir. Lakin düzgün nəzarət və müəyyən hədd çərçivəsində istifadə olunarsa, bunun faydalı tərəfləri də ola bilər. Uşaqların sosial şəbəkələrdən istifadəsində valideyn nəzarətini isə çox vacib hesab edirəm. Məncə, valideyn nəzarəti olmadan bu mexanizmin effektiv işləməsi mümkün deyil. Valideyn bu məsələdə maraqlı olmalıdır. Əks halda, qəbul ediləcək hər hansı qərarın və ya qanunun praktikada tam nəticə verməsi çətin olacaq”- deyə Misir Mərdanov qeyd edib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

End of content

No more pages to load

RADİO