Şəhla müəllim hadisədən sonra ilk dəfə- Məhkəməyə gəldi

“İdrak” liseyində müəllimlə 10-cu sinif şagirdi Ə.Ş arasındakı insidentlə bağlı məhkəmə istintaqı başlayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən əsas iclasda prokuror ittihamı oxuyub.

Prokurordan əvvəl isə təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə iki vəsatət qaldırıb.

Bunlardan biri müvəkkilinin şüşə qəfəsdən çıxarılıb yanında əyləşməsi ilə bağlı olub. Həmin vəsatət təmin edilib. Ə.Ş vəkili ilə anasının ortasında əyləşib. 

Daha sonra vəkil məhkəmənin qapalı keçirilməsini istəyib. Bundan əvvəlki prosesdə də eyni vəsatət qaldırılsa da, əsassız sayılmışdı. Bu dəfə vəkil vəsatətini belə əsaslandırıb ki, məhkəmə prosesindən xəbərlər yayılandan sonra sosial şəbəkədə müvəkkilinin ailə üzvləri barədə çoxsaylı neqativ şərhlər yazırlar.

Zərərçəkmiş müəllim Şəhla Kamilova da ilk dəfə olaraq prosesdə iştirak edib. O, sözügedən vəsatəti dəstəkləyib. 

Məhkəməyə sədrlik edən hakim Vüqar Quliyev müdafiəçinin arqumentini əsaslı hesab etməyib. Hakim deyib ki, mediada çıxan xəbərlərdə hüquqi baxımdan heç bir səhv yoxdur. Sosial şəbəkədə kimlərsə nə isə yazırsa, jurnalistlər buna cavabdeh deyil. 
 

İttiham aktının elanından məlub olub ki, təqsirləndirilən şagird müəllimini dərsinə yaxşı hazırlaşmadığı üçün ona irad bildirməsinə görə güllələyib. Müəllimin iradından təsirlənən şagird isə sinif yoldaşlarına özünə sübut etmək üçün həmin gecə valideynlərinin otağındakı silahı xəlvət götürüb idman çantasında gizlədib. Səhəri günü də həmin silahla müəlliminə atəş açıb. 


Bu əməlinə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham verilib.

Şagird bu əməlinə görə özünü qismən təqsirli bilib. Yeniyetmə müttəhim müəllimini öldürmək niyyəti ilə vurmadığını deyib. Əməlindən peşman olduğunu dilə gətirib.

Vaxt məhdudiyyətindən şagirdin geniş ifadə verə bilməyib. Növbəti proses iyulun 24-nə təyin edilib. 

Xatırladaq ki, hadisə bu ilin fevralında baş verib. 10-cu sinif şagirdi Ə.Ş. evdən götürdüyü ov tüfəngi ilə təhsil aldığı məktəbə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olub, sonradan o, şagirdi bağışlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

End of content

No more pages to load

RADİO