Bu gün Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunub. İtkin şəhidlərdən biri Xaçmaz rayonunun Köhnə Xudat kəndində dünyaya göz açan Yarməmməd Məqsud oğlu Nuriyevdi.
1993-cü ilin oktyabrında itkin düşən, şəxsiyyəti 33 il sonra müəyyənləşdirilən şəhidin nəşi doğulduğu Xaçmaz rayonuna gətirilib.
Qeyd edək ki, Yarməmməd Nuriyevin qalıqları uzun illər İmişli rayonu ərazisində naməlum əsgər kimi dəfn olunmuşdu. Ekspertiza nəticələri təsdiqləndikdən sonra bu barədə ailəyə rəsmi məlumat verilib.
Şəhid Yarəhməd Maqsud oğlu Nuriyev bu gün doğulduğu Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb.



Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu