Müəllimini güllələyən şagirdə İTTİHAM elan edildi

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
 

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib.


O, tüfəngi gözətçi çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Şagird özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək məqsədinin olmadığını deyib.

Növbəti iclas iyulun 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Şagirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pedro Markes “Neftçi”dən bir milyon avro MAAŞ İSTƏDİ

Pedro Markes “Neftçi”dən bir milyon avro MAAŞ İSTƏDİ

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı – ADLAR

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı – ADLAR

SORĞU: Rusiyada əhalinin 60%-i iqtisadi vəziyyətdən narazıdır – 20 ilin rekordu

SORĞU: Rusiyada əhalinin 60%-i iqtisadi vəziyyətdən narazıdır – 20 ilin rekordu

II və III qruplar üzrə qəbul imtahanı KEÇİRİLƏCƏK – İştirakçıların SAYI

II və III qruplar üzrə qəbul imtahanı KEÇİRİLƏCƏK – İştirakçıların SAYI

ABŞ hərbçilərini Səudiyyə Ərəbistanından ÇIXARIR

ABŞ hərbçilərini Səudiyyə Ərəbistanından ÇIXARIR

Ukraynalı nazir Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ukraynalı nazir Azərbaycana TƏŞƏKKÜR ETDİ

Bakı–Brüssel xəttində KRİTİK GÖRÜŞ - Lyayenin səfərinin PƏRDƏARXASI

Bakı–Brüssel xəttində KRİTİK GÖRÜŞ - Lyayenin səfərinin PƏRDƏARXASI

AZAL Brüsselə birbaşa uçuşlara BAŞLAYIR

AZAL Brüsselə birbaşa uçuşlara BAŞLAYIR

Türkiyə boğazlardan keçid haqqını növbəti dəfə artırdı

Türkiyə boğazlardan keçid haqqını növbəti dəfə artırdı

İspaniyada sərnişin avtobusu binaya çırpıldı: 43 yaralı var – VİDEO

İspaniyada sərnişin avtobusu binaya çırpıldı: 43 yaralı var – VİDEO

Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO

Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO

Bizim.Media MEDİA-nın elan etdiyi müsabiqədə QALİB OLDU –FOTO

Bizim.Media MEDİA-nın elan etdiyi müsabiqədə QALİB OLDU –FOTO

Onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı – SİYAHI

Onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı – SİYAHI

Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini belə gizlədirlər - FOTO

Əhmədlidə sürücülər cərimədən yayınmaq üçün avtomobillərin nömrəsini belə gizlədirlər - FOTO

Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı aldı

Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcısı aldı

Sabah çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ!

Müəllimini güllələyən şagirdə İTTİHAM elan edildi

Müəllimini güllələyən şagirdə İTTİHAM elan edildi

33 il sonra nəşi tapılan şəhid doğma yurdunda DƏFN olundu – FOTO

33 il sonra nəşi tapılan şəhid doğma yurdunda DƏFN olundu – FOTO

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

Ceyhun Salmanov azadlığa buraxıldı

Ceyhun Salmanov azadlığa buraxıldı

Təbrizin qaz xəttində yanğın – ANBAAN VİDEO

Təbrizin qaz xəttində yanğın – ANBAAN VİDEO

Metroda velosipedlə relslərin üzərindən TULLANDI – ANBAAN VİDEO

Metroda velosipedlə relslərin üzərindən TULLANDI – ANBAAN VİDEO

Nurlana Əliyeva VƏFAT ETDİ

Nurlana Əliyeva VƏFAT ETDİ

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO

End of content

No more pages to load

RADİO