Moskva metrosunda qatarların hərəkət etdiyi relslərin üzərindən velosipedlə təhlükəli tullanma fəndi icra edən şəxs polis tərəfindən saxlanılıb. Hadisəni törədən gənc əməlini "sadəcə ürəyim belə istədi" deyərək əsaslandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
19 yaşlı ekstremal barəsində inzibati protokol tərtib olunub. Nazirlikdən bildirilib ki, hazırda həmin şəxsi 10 sutkayadək həbs və ya velosipedi müsadirə olunmaqla 30 min rubladək (təxminən 580 manat) cərimə cəzası gözləyir.
Bizim.Media