İnvestisiya üçün torpaq yaxşıdır, yoxsa hazır ev?

Daşınmaz əmlak uzun illərdir ən etibarlı investisiya alətlərindən biri hesab olunur. Lakin investisiya etmək istəyənlərin qarşısında vacib seçim dayanır. 

Torpağa yatırım daha çox qazanc vəd edir, yoxsa mənzilə qoyulan vəsait daha sərfəlidir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov “Demokrat.az”a bildirib ki, Azərbaycanda istər torpaq, istərsə də fərdi evlərin qiymətinin hər il müəyyən faiz dərəcəsində artdığını nəzərə alsaq bu onu deməyə əsas verir ki, əmlaka qoyulan vəsait dəyərini itirmir, əksinə, gəlir gətirir:

"Bu il aldığınız evi gələn il satsanız, ondan qazanc əldə etmək mümkündür. Ev və torpağı müqayisə etsək, investisiya baxımından ev daha əlverişli hesab olunur. Çünki xüsusilə Bakı və ətraf qəsəbələrdə kirayə mənzillərə tələbat yüksəkdir və kirayə qiymətləri kifayət qədər bahadır. Bu da investisiya üçün ev almağın daha sərfəli olduğunu göstərir. İnvestora qazanc gətirən iki əsas amil var. Birincisi, qiymət artımıdır. Məsələn, bu il 200 min manata alınan evi gələn il təxminən 220-225 min manata satmaq mümkündür. Hazırkı bazar vəziyyəti bunu göstərir".

Ekspert deyib ki, ikinci qazanc mənbəyi isə kirayə gəliridir:

"Məsələn, yeni binada 200 min manata alınan mənzili ayda təxminən 700-800 manata kirayə vermək mümkündür. Köhnə binalarda isə bu məbləğ 500-600 manat civarında dəyişir. Əgər mənzil ayda 800 manata kirayə verilirsə, bu il ərzində təxminən 9 min 600 manat gəlir deməkdir. Beləliklə, 200 min manata alınan mənzil həm kirayədən gəlir gətirir, həm də bazar dəyəri artır. 

Nəzərə alsaq ki, il ərzində əmlakın qiymətində yenidən artım baş verir, bu da investora əlavə qazanc qazandırır. 

2019-cu ildən etibarən əmlak bazarında müşahidə olunan tendensiya göstərir ki, evə qoyulan vəsait investorlara gəlir gətirməyə davam edir. Hazırkı vəziyyətdə Bakı və ətraf qəsəbələrdə əmlaka qoyulan pul, xüsusilə də evlərə yatırılan investisiya dəyərini itirmir. Əksinə, həm qiymət artımı, həm də kirayə gəliri hesabına qazanc əldə etmək mümkündür. Bu baxımdan, investor öz vəsaitini əmlaka yönəldərsə, düşünürəm ki, bundan daha çox qazanc əldə edə bilər" , - deyə o qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

End of content

No more pages to load

RADİO