Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Braziliya sahillərində, Cənubi Atlantik okeanının tropik hissəsində aparılan iki həftəlik elmi ekspedisiya zamanı tədqiqatçılar 31 yeni dəniz canlısı növü aşkar ediblər.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq alimlər qrupu okeanın ən az öyrənilmiş hissələrindən biri olan "orta su qatı"nı – suyun işıqlı səthi ilə dəniz dibi arasındakı nəhəng ekosistemi araşdırıb.

Alimlər bildirirlər ki, yeni növlərin müəyyənləşdirilməsi adətən illərlə, hətta onilliklərlə vaxt aparır.

Lakin bu dəfə müasir texnologiyalar və genetik analizlər sayəsində onların yeni növ olduğu cəmi bir neçə gün ərzində təsdiqlənib.

Kəşf edilən canlılar arasında:

1 yeni xərçəngkimilər növü,

1 yeni ipəkqurduna bənzər dəniz qurdu,

9 yeni meduza növü,

7 sifonofor (koloniya halında yaşayan canlılar),

7 daraqlı meduza,

4 larvasea,

2 nəhəng təkhüceyrəli rizariya növü var.

Ekspedisiyanın rəhbərlərindən biri, Bigelow Okean Elmləri Laboratoriyasının alimi Con Börns bildirib ki, araşdırılan su qatının hər hissəsi onları yeni sürprizlərlə qarşılayıb.

Baş tədqiqatçı Karen Osborn isə vurğulayıb ki, Yer kürəsinin ən böyük yaşayış mühiti hesab edilən orta su qatındakı canlılar hələ yeni öyrənilməyə başlanılıb və onların yaşamaq üçün inkişaf etdirdiyi uyğunlaşma mexanizmləri olduqca heyrətamizdir.

Araşdırma zamanı alimlər gözlədiklərindən daha çox canlı müxtəlifliyi ilə rastlaşıblar. Onlar, həmçinin, şəffaf şüşə kalmarın və açıq okeanda yaşayan ahtapotun parlaq qırmızı meduza ilə qidalandığını da müşahidə ediblər.

Ekspedisiyada dəniz canlılarını zədələmədən öyrənmək üçün lazerlə 3D görüntüləmə sistemləri, yüksək dəqiqlikli mikroskoplar, virtual reallıq kamerası və gəminin göyərtəsində DNT analizini həyata keçirən müasir avadanlıqlardan istifadə olunub.

Alimlərin sözlərinə görə, bu texnologiyalar gələcəkdə okeanların öyrənilməsi və yeni növlərin daha sürətli aşkarlanması üçün yeni dövrün başlanğıcı hesab olunur.


Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

End of content

No more pages to load

RADİO