Bakıda sevgilisini amansızlıqla öldürən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən İgid Rəcəbzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2024-cü ildə saat 17 radələrində paytaxtın Sabunçu rayonu ərazisində, Maştağa–Zabrat şosesinin Zabrat dairəsi istiqamətində yerləşən körpünün yaxınlığına baş verib.

Belə ki, İgid Rəcəbzadə əvvəlcədən münasibətdə olduğu zərərçəkmiş Elnarə İbrahimova ilə onun ofisiant işlədiyi “Tərxun” adlı kafedə görüşüb. Daha sonra onlar birlikdə taksi ilə sözügedən körpünün yaxınlığına gediblər.

Avtomobildən düşdükdən sonra piyada gəzən zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxsin zor tətbiq etdiyini görən zərərçəkmiş şəxs bacısına zəng edərək kömək istəsə də, İgid hərəkətlərini davam etdirib.

İttihamda qeyd olunur ki, Elnarənin onun ünvanına nalayiq ifadələr işlətməsi təqsirləndirilən şəxsi daha da aqressivləşdirib. Bu səbəbdən o, qisas almaq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib.

İgid əvvəlcə qadını yerə yıxıb, daha sonra isə onun özünü müdafiə etməsinə məhəl qoymadan xüsusi qəddarlıq və amansızlıq nümayiş etdirərək hadisə yerində olan daş parçasını götürüb zərərçəkmiş şəxsin baş nahiyəsinə zərbələr endirib. Nəticədə Elnarə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ona baş, sifət, gövdə və ətraflarda qançır və sıyrıqlar, təpə nahiyəsi, sol qulaq seyvanı, sağ almacıq və sol əl nahiyələrində əzilmiş-cırılmış yaralar, həmçinin sağ almacıq sümüyünün açıq qəlpəli sınığı kimi xəsarətlər yetirilib.

Bundan əlavə, zərərçəkmiş şəxsə baş beyin maddəsinin əzilməsi, beyin qişalarına və mədəciklərinə qansızma, sol gicgah və alın nahiyələrinin kəllə əsasına keçən açıq qəlpəli basılmış sınıqları və beyin sərt qişasının cırılması ilə müşayiət olunan çoxsaylı ağır xəsarətlər yetirilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, bu xəsarətlər həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri kimi qiymətləndirilib və zərərçəkmiş şəxsin ölümü ilə nəticələnib.

Beləliklə, İgid Rəcəbzadənin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib.

Məhkəmə istintaqı zamanı İgid Rəcəbzadə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Onun ifadəsinə görə, hadisə baş verən gün Elnarə ilə telefonla danışdıqdan sonra birlikdə Maştağa qəsəbəsində yerləşən “Maştağa Mall” ticarət mərkəzinə getməyi planlaşdırıblar. Bu məqsədlə taksiyə miniblər. Bir müddət sonra zərərçəkmiş şəxs avtomobili saxlatdıraraq düşüb və hadisənin baş verdiyi istiqamətdə hərəkət edib. Təqsirləndirilən şəxs də onun arxasınca düşərək həmin əraziyə gedib.

İgid bildirib ki, Elnarə bir qədər irəlilədikdən sonra qışqırmağa və onun ünvanına nalayiq ifadələr işlətməyə başlayıb. Təqsirləndirilən şəxs əvvəlcə ona heç bir zor tətbiq etmədiyini, sadəcə bu davranışın səbəbini soruşduğunu söyləyib. Lakin qarşı tərəfin təhqirləri davam etdiyini qeyd edib. Bu zaman o, qadını susdurmaq məqsədilə bir dəfə vurduğunu deyib. Daha sonra zərərçəkmiş şəxsin telefonuna zəng gəldiyini və danışdıqdan sonra yenidən qışqırmağa başladığını bildirib.

İfadəsinə görə, bundan sonra o, zərərçəkmiş şəxsi yumruqla vuraraq yerə yıxıb. Sonrakı hadisələri isə tam xatırlamadığını qeyd edib.

İgid söyləyib ki, Elnarəni vurduqdan sonra hadisə yerindən uzaqlaşaraq Maştağa qəsəbəsi istiqamətində gedib. Bir müddət sonra isə geri qayıdaraq ona kömək etmək istədiyini, lakin artıq zərərçəkmiş şəxsin öldüyünü gördüyünü deyib.

O, daha sonra polisə gedərək könüllü şəkildə təslim olduğunu bildirib.

Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxslə Zabrat qəsəbəsində onun işlədiyi restoranda tanış olduğunu və aralarında təxminən bir il davam edən sevgi münasibətləri olduğunu qeyd edib.

Onun sözlərinə görə, hadisə günü “Maştağa Mall”a zərərçəkmiş şəxsə paltar almaq məqsədilə gediblər və alış-verişin xərclərini özü ödəməli idi. Lakin zərərçəkmiş şəxs həmin mərkəzdən heç nə almayıb.

İgid Elnarənin niyə qışqırdığını və onu təhqir etdiyini bilmədiyini, hadisə zamanı ətrafda başqa şəxslərin olmadığını söyləyib.

O, həmçinin qeyd edib ki, mübahisə zamanı zərərçəkmiş şəxs də ona qarşı fiziki müqavimət göstərib və yerdən daş götürməyə çalışıb.

İfadəsində İgid qadını daşla yalnız bir dəfə vurduğunu iddia edib və hadisədən sonra geri qayıtdıqda artıq onun həyatını itirdiyini gördüyünü bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İgid Rəcəbzadə 17 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya oxumağa gələn tələbələrin NƏZƏRİNƏ - Yataqxana təminatı necə həll olunur? - SORĞU

Bakıya oxumağa gələn tələbələrin NƏZƏRİNƏ - Yataqxana təminatı necə həll olunur? - SORĞU

Putin Lukaşenkonu “şantaj” edir - DETALLAR

Putin Lukaşenkonu “şantaj” edir - DETALLAR

Bakı–Tbilisi-Bakı qatarına bilet almaq istəyənlərin NƏZƏRİNƏ – Müddət UZADILACAQ

Bakı–Tbilisi-Bakı qatarına bilet almaq istəyənlərin NƏZƏRİNƏ – Müddət UZADILACAQ

Şahdağda təbiətin harmoniyası... – FOTO

Şahdağda təbiətin harmoniyası... – FOTO

Bakı–Tbilisi–Bakı qatarına bilet satışı ilə bağlı iddialara RƏSMİ CAVAB

Bakı–Tbilisi–Bakı qatarına bilet satışı ilə bağlı iddialara RƏSMİ CAVAB

Türkiyəyə yenə PUA atıldı - Hansı ölkəyə məxsus olub?

Türkiyəyə yenə PUA atıldı - Hansı ölkəyə məxsus olub?

Ermənistanda daha bir müxalifətçi saxlanıldı

Ermənistanda daha bir müxalifətçi saxlanıldı

Sammitdə NATO üzvləri ilə yanaşı daha 10 ölkə iştirak edəcək - Rütte

Sammitdə NATO üzvləri ilə yanaşı daha 10 ölkə iştirak edəcək - Rütte

Rusiya Ermənistana qarşı saxta saytlar şəbəkəsi yaradır – ŞOK FAKTLAR

Rusiya Ermənistana qarşı saxta saytlar şəbəkəsi yaradır – ŞOK FAKTLAR

Kibertəhlükəsizliyin qorunması ilə bağlı YENİ MEXANİZM – Qanun dəyişir

Kibertəhlükəsizliyin qorunması ilə bağlı YENİ MEXANİZM – Qanun dəyişir

Qaraj alanda aldanmamaq üçün- Bu yazını oxuyun!

Qaraj alanda aldanmamaq üçün- Bu yazını oxuyun!

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Gecə saatlarında PUA-lar Rusiyada və Krımda bir neçə strateji obyekti vurdu – VİDEO

Gecə saatlarında PUA-lar Rusiyada və Krımda bir neçə strateji obyekti vurdu – VİDEO

Sabah xarici dil imtahanı var

Sabah xarici dil imtahanı var

"Netflix" "Maşa və Ayı" cizgi filminin yeni mövsümlərini satın aldı

"Netflix" "Maşa və Ayı" cizgi filminin yeni mövsümlərini satın aldı

Sevastopoldan sonra işğal altındakı Xerson vilayəti də qaranlığa qərq oldu - FOTO

Sevastopoldan sonra işğal altındakı Xerson vilayəti də qaranlığa qərq oldu - FOTO

İsrail və Livan arasındakı fikir ayrılığının əsas səbəbi AÇIQLANDI

İsrail və Livan arasındakı fikir ayrılığının əsas səbəbi AÇIQLANDI

Sərnişinlərə ŞAD XƏBƏR - Bu avtobus xətti də YENİLƏNİR

Sərnişinlərə ŞAD XƏBƏR - Bu avtobus xətti də YENİLƏNİR

“TikTok”da söyüş söyən şəxs HƏBS EDİLDİ

“TikTok”da söyüş söyən şəxs HƏBS EDİLDİ

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Planetimizin yox olan gölləri: Dünyanı dəyişdirən doqquz su hövzəsi

Planetimizin yox olan gölləri: Dünyanı dəyişdirən doqquz su hövzəsi

İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlandı – FOTO/VİDEO

İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlandı – FOTO/VİDEO

Uşaq yaşlarında yaşanan stress bioloji qocalma proseslərinə təsir edir

Uşaq yaşlarında yaşanan stress bioloji qocalma proseslərinə təsir edir

Tramp İranyönümlü qətnaməni dəstəkləyən senatorları tənqid etdi: “İşimi çətinləşdirdilər”

Tramp İranyönümlü qətnaməni dəstəkləyən senatorları tənqid etdi: “İşimi çətinləşdirdilər”

End of content

No more pages to load

RADİO