Dəhşətli hava dalğası yaxınlaşır – Azərbaycanı nə gözləyir?

Avropanı cənginə alan rekord istilər nəticəsində azı 18 nəfər həyatını itirib. Sinoptiklərin məlumatına görə, anomal isti hava dalğası İspaniya, İtaliya, Böyük Britaniya və digər Avropa ölkələrini əhatə edib.

Bəs Avropada müşahidə olunan rekord istilər Azərbaycana da təsir edə bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan iqlimşünas Məhərrəm Mehdiyevin sözlərinə görə, bu suala konkret cavab vermək çox çətindir:

“Çünki havanın necə olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bununla belə, elmi müşahidələrə və iqlim meyillərinə əsaslanaraq müəyyən ehtimallar irəli sürmək olar. Məlumdur ki, son illərdə Azərbaycanda orta illik temperatur yüksəlməkdədir. Bu, iqlim dəyişikliyinin təsirlərindən biridir və artıq elmi araşdırmalarla da təsdiqlənir. Lakin yaxın perspektivdə Azərbaycanda Avropanın bəzi ölkələrində müşahidə olunan rekord səviyyədə istilərin hökm sürəcəyini qəti şəkildə söyləmək çətindir”.

İqlimşünasın qənaətinə görə, bu ilin iyun ayındakı hava şəraiti ötən ilin analoji dövrünə bənzəyəcək:

“Ayrı-ayrı günlərdə temperatur fərqləri və ya isti günlərin sayı dəyişə bilər, lakin ümumi mənzərə baxımından ciddi fərqlər gözlənilmir. Avropada son dövrlərdə qeydə alınan rekord istilər isə təkcə mövsümi dəyişikliklərlə izah edilmir.

Burada qlobal iqlim dəyişikliyi ilə yanaşı, atmosfer prosesləri, yüksək təzyiq sistemləri və digər meteoroloji amillər də mühüm rol oynayır. Məhz bu səbəbdən bəzi Avropa ölkələrində temperatur rekord həddə yüksəlir. Azərbaycanda da istilərin tədricən artması ehtimalı var. Ancaq hazırkı məlumatlar əsasında Avropadakı kimi ekstremal temperatur göstəricilərinin mütləq şəkildə təkrarlanacağını demək doğru olmaz”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

End of content

No more pages to load

RADİO