Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

Azərbaycan elmi-fəlsəfi fikir tarixinə, bədii-estetik təfəkkürünə bir sıra əsaslı yenilikləri, mütərəqqi addımları, çoxistiqamətli maarifçilik fəaliyyəti ilə daxil olan Abbasqulu ağa Bakıxanovun elmi-ədəbi irsi dövrünün qabaqcıl ziyalılarının - tarixçilərin, mütəfəkkirlərin, ədiblərin diqqətini çəkmiş, dəyərləndirilmiş və onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. Abbasqulu ağa Bakıxanov öz dövründə hərbi xadim, tədqiqatçı-alim kimi tanınmaqla yanaşı, bədii yaradıcılığına görə də sevilmişdi.

Bizim.Media  xəbər verir ki, bu gün görkəmli ədibin anadan olmasından 232 il ötür.

Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.
 

Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.


Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda, Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir.

Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.
 

Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır.


“Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakilərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, "Gülüstan" adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edib.

Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb.

Görkəmli ədib 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

Pikassonun on milyonlarla avro dəyərində olan tablosu tapıldı

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

ABŞ-ın "futbol paytaxtı"nda atışma: 1 ölü, 5 yaralı var

Kir Starmer bu tarixdə istefa verəcək?

Kir Starmer bu tarixdə istefa verəcək?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Kosmetologiyada uğurlu nəticə - Həkimdən, yoxsa preparatdan asılıdır?

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

Alimlər Okeaniya sakinlərində minlərlə aktiv denisov geni tapıblar

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

TikTok-da yayılan yeni "qəribə" TREND

TikTok-da yayılan yeni "qəribə" TREND

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

İvanka Tramp pərəstişkarlarını heyran qoydu - FOTO

İvanka Tramp pərəstişkarlarını heyran qoydu - FOTO

Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Bu gün rezidenturaya imtahan var

Bu gün rezidenturaya imtahan var

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

End of content

No more pages to load

RADİO