Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Akademiyasının İqtisadiyyat, Hüquqşünaslıq və İnformasiya təhlükəsizliyi ixtisaslarının IV kurs tələbələrinin müxtəlif gömrük orqanları da daxil olmaqla digər dövlət və özəl qurumlarda 14 həftəlik istehsalat təcrübəsi davam edir.
 
Moderator.az xəbər verir ki, təcrübə çərçivəsində tələbələrin praktiki biliklərə dərindən yiyələnməsi, gömrük sisteminin fəaliyyəti ilə daha yaxından tanış edilməsi məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində elmi-praktiki seminar keçirilib. Seminarda Dövlət Gömrük Komitəsinin Akademiyasının və DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbər heyəti, əməkdaşları, həmçinin Akademiyanın IV kurs tələbələri iştirak ediblər.
 
Elmi-praktiki seminarda giriş nitqi ilə çıxış edən Akademiyanın Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova tələbələrin təcrübə müddətində əldə edəcəkləri praktiki biliklərin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Prof. C. Namazova gömrük sisteminin təkmilləşdirilməsində Ümummilli lider Heydər Əliyevin rolundan bəhs edərək 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası tərəfindən bu istiqamətdə keçirilən və il ərzində planlaşdırılan tədbirlərin önəmindən də danışıb. C. Namazova həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin beynəlxalq sərnişin və yük daşımalarının təşkilində, xarici ticarət əlaqələrinin formalaşmasındakı rolunu xüsusi olaraq vurğulayıb.
 
Tədbir iştirakçılarını salamlayan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov son dövrlərdə gömrük sistemində aparılan islahatlardan danışaraq Akademiya tələbələrinin gömrük fəaliyyətini hər tərəfli öyrənmələrinin vacibliyini qeyd edib və təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.
 
Tədbirdə həmçinin İdarənin struktur bölmələrinin əməkdaşları Elşən Səfərli, Azər Şıxəliyev, Seymur Muradov, Güllü Abdullayeva və Həqiqət İsmayılbəyli tələbələrə gömrük sahəsində praktiki bilikləri əldə etmələri istiqamətində öz tövsiyələrini bildiriblər.
 
Daha sonra əməkdaşlar tərəfindən tələbələrə idarənin əsas fəaliyyət sahələri, iş prinsipləri barəsində məlumat verilib və onların sualları cavablandırılıb.
 
Seminardan sonra təcrübəçilər iş prosesini əyani izləyərək idarənin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat əldə ediblər.
 
Qeyd edək ki, istehsalat təcrübəsi müddətində tələbələrin maarifləndirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

End of content

No more pages to load

RADİO