Məktəblərdə hüquq dərsi keçiləcək? – Nazirdən AÇIQLAMA

İnsanları vahid qəliblə qiymətləndirmək doğru deyil. Məsələn, buraxılış imtahanları da məhz bu prinsip əsasında aparılır.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, təhsil sistemində şagirdlər üçün kifayət qədər fərqli seçim imkanları yoxdur və məhz bu seçimlərin yaradılması istiqamətində işləmək lazımdır.
 

"Hüquq fənninin, dərslik kimi, ayrıca və standart bir formatda tədris olunmasındansa, onun yaradıcı müəllimlər tərəfindən interaktiv dərslər, layihələr və müzakirələr vasitəsilə öyrədilməsini daha məqsədəuyğun hesab edirəm. Hüquq bilikləri sadəcə dərs vəsaiti kimi deyil, həyat bacarığı kimi mənimsənilməlidir.


Təxminən 18 il əvvəl informatika fənninin məktəblərdə tədrisi ilə bağlı qərar qəbul edildi. Ancaq informatikanın keyfiyyətli tədrisi üçün yalnız dərslik kifayət etmir. Bunun üçün hazırlıqlı müəllimlər, texniki avadanlıq və uyğun infrastruktur da lazımdır. Təəssüf ki, həmin dövrdə bu məsələlər lazımi səviyyədə nəzərə alınmadı.

Bu gün hamıya hüquq savadı vermək istəyiriksə, əvvəlcə bir sıra vacib suallara cavab tapmalıyıq:

Bunun üçün hansı şərtlər yaradılmalıdır? Nə qədər dərs vəsaiti hazırlanmalıdır? Neçə müəllimə ehtiyac var? Şagirdlərin bilik və bacarıqları necə qiymətləndiriləcək? Bu suallar cavablandırılmadan hər hansı yeni fənnin məktəb proqramına daxil edilməsi düzgün yanaşma deyil", - nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO