Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib.
O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses 1 iyula təyin olunub.
Xatırladaq ki, S. Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. S. Səmədov DTX tərəfindən həbs edilib. O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub.
Bizim.Media