Ən tez dəyər itirən maşın markaları

Avtomobil bazarında qiymətlərin dəyişməsi son illərdə daha çox müşahidə olunur. Bəzi modellər sürətlə dəyər itirdiyi halda, bəziləri uzun illər qiymətini qoruyur. Bu fərqin səbəbləri həm texnologiya, həm də istehsal yanaşması ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”la fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyevin sözlərinə görə, köhnə bəzi model avtomobillər 10 il bundan qabaq neçəyə idisə, indi də təxminən o qiymətədir:

"Amma dəyər itirən daha çox yeni avtomobillərdir. Son 10 ildə, xüsusən 2015-ci ildən bəri avtomobillər tez-tez yenilənir. Məsələn, iki, üç və ya dörd ildən bir yeni nəsil modellər çıxır. İstər Kia-da, istər Hyundai-da, istər Çin avtomobillərində olsun, yeni model çıxdıqca iki il əvvəl buraxılanın dəyəri aşağı düşür.
 

Hər hansı bir avtomobili 0 kilometr alırsan. Salondan çıxan kimi, məsələn 40 minə aldığın maşın bir gündən sonra avtomatik olaraq 5-7 min manat dəyər itirir. Köhnə model avtomobillərə gəldikdə isə, misal üçün 1998, 1999, 2000, 2001-ci illərin “dördgöz” adlanan E-klass və C-klass Mercedes modelləri var.


Bunlar 15 il əvvəl də 13-15 min manat aralığında idi, bu gün də həmin E-klass 2.2 CDI motorlu modellər təxminən eyni qiymətədir. C-klass 2.2 CDI və ya 1.8, 2.0 benzin mühərrikli modellər də o dövrdə 12 min manat idisə, indi də təxminən həmin qiymətlərdədir".

Ekspert bildirib ki, səbəb isə odur ki, köhnə modellər keyfiyyətini itirmir:

"Ona görə də dəyəri ciddi şəkildə düşmür. Yeni nəsil avtomobillərdə isə 50 min və ya 100 min kilometrdən sonra mühərrikdə səs, ötürücü qutusunda nasazlıq və ya digər texniki problemlər üzə çıxa bilir. Köhnə modellər daha dözümlü və uzunömürlü olduğu üçün qiymətləri sabit qalır.

Məsələn, 2024-cü ilin Çin avtomobili ilə 2026-cı ilin Çin avtomobili arasında funksional fərqlər olur. Telefonlarda olduğu kimi modellər yeniləndikcə yeni funksiyalar əlavə olunur və insanlar da yeni modellərə yönəlir. Qiymət fərqi az olduğuna görə çoxları köhnə versiyanı satıb yenisini alır", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO