Bu məhkumlar hər il məzuniyyətə çıxa bilərlər – HÜQUQİ İZAH

Həbsə düşmək bir çox hüquqlardan məhrum olmaq deməkdir. Eyni zamanda məhbusun bəzi məcburi öhdəlikləri var. Onlardan biri də məcburi əməkdir. Yəni sağlamlığı və yaşı imkan verən hər bir məhbus həbsxanada əmək fəaliyyəti ilə məşğul olmalıdır.

Bizim.Media Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 95-ci maddəsinə istinadən bildirir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər əməyə cəlb edilir:
 

Belə ki, hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər.


Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar.

Məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Məhkumların əməyindən istifadə edilməsinə icazə verilməyən işlərin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

Bəs hansı məhbuslar əməyə cəlb edilə bilməz?

CİM-in 95.2 maddəsinə əsasən altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər.
 

Məcəllənin 95.6 maddəsinə əsasən üzrsüz səbəbdən əməkdən imtina edilməsi və ya əmək fəaliyyətinin dayandırılması cəzanın icrası qaydalarının pozulması sayılır və məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya onların maddi məsuliyyətə cəlb olunmasına səbəb olur.


Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işdən azad edilirlər.

Maraqlıdır ki, məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır.

CİM-in 96.5 maddəsinə əsasən əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. Məzuniyyətdən istifadə vaxtı məhbus cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər etmək hüququ qazanır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO