Borc pula görə tanışının ayaqlarına atəş açdı – DETALLAR

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Taryel Quliyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Taryel Quliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Taryel Quliyev zərərçəkmiş Yamin Nəbiyev (adı və soyadı şərtidir) arasında mövcud olan 3 100 manat məbləğində borcun qaytarılmaması səbəbindən telefon danışığı zamanı mübahisə yaranıb. Sonradan tərəflər arasında görüş keçirilməsi və borcun qaytarılması ilə bağlı razılıq əldə olunub.
 

Müəyyən edilib ki, təqsirləndirilən şəxs görüşə gedərkən atasının adına qeydiyyatda olan qoşalülə ov tüfəngini özü ilə götürüb.


Hadisə 2025-ci ildə axşam saatlarında yaşayış məntəqəsində yerləşən ictimai ərazidə baş verib. İstintaqın gəldiyi nəticəyə görə, Taryel Quliyev Yaminlə görüş zamanı şəxsi münasibətlər zəminində yaranmış narazılığı zorakı şəkildə həll etməyə çalışıb. O, ictimai qaydanı kobud surətdə pozaraq, ətrafdakı şəxslərin narahatlığına səbəb olan hərəkətlər edib və üzərində gətirdiyi ov tüfəngindən istifadə edib.

Materiallara əsasən, təqsirləndirilən şəxs içərisində iki patron olan ov tüfəngi ilə təxminən 5-6 metr məsafədən zərərçəkmiş şəxsin aşağı ətraflarına istiqamətlənərək bir dəfə atəş açıb.

Atəş nəticəsində zərərçəkmiş şəxs müxtəlif nahiyələrdən çox sayda qırma yarası alıb.

İttihamda qeyd olunub ki, Taryel Quliyev bu hərəkətləri ilə zor tətbiq olunması və silahdan istifadə ilə müşayiət edilən, ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlər törədərək xuliqanlıq cinayəti törədib.
 

Məhkəmə baxışı zamanı Taryel Quliyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində hadisənin ittiham aktında göstərilən qaydada baş verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etdiyini söyləyib.


Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini və hadisədən sonra könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olduğunu qeyd edib. O, həmçinin himayəsində azyaşlı övladının olduğunu vurğulayaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş edib.

Cinayət işi üzrə məhkəmə araşdırması zamanı tərəflərin ifadələri, ekspertiza rəyləri və digər sübutlar tədqiq olunub.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, yəni silahdan istifadə edilməklə törədilmiş xuliqanlıq əməli üzrə ittiham irəli sürülüb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

End of content

No more pages to load

RADİO