Goranboy rayonunda yerli sakinin meyiti babasının yaşadığı evin həyətində tapılıb.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, hadisə yerində Tatarlı kənd sakini, 1996-cı il təvəllüdlü Elməddin Məmmədovun meyiti aşkar olunub. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Qeyd edək ki, mərhum ailəli olub və bir övladı yadigar qalıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu