Şuranın təşkilatçılığı ilə Mingəçevirdə QHT-lərə təlimlər keçirildi
Moderator.az -ın məlumatına görə," Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi" mövzusunda təlimlər təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhərində " Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi" mövzusunda təlimlər keçirilib. Təlimlər QHT nümayəndələrinin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanmış müqaviləyə əsasən təşkil olunub. Sistemin mürəkkəbliyini, çoxsaylı QHT- lərin müraciətlərini nəzərə alaraq Şuranın təşkilatçılığı ilə təşkil olunan bu təlimlər Bakı, Gəncə və Mingəçevir şəhərlərini Qəbələ, Zaqatala, Quba, Lənkəran və Şəmkir rayonlarını əhatə edəcək.
Onu da qeyd edək ki, növbəti təlim 19 Noyabr tarixində Şirvan şəhərində keçiriləcək.