“Sosial media platformalarının üzərinə qoyulan öhdəliklərlə yanaşı, maarifləndirmə tədbirləri də bu sahədə nəticə əldə etməyimizə kömək edəcək. Digər məsələ yeni və hələ geniş tanınmayan sosial media platformaları ilə bağlıdır”.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında deyib.
"Bildiyiniz kimi, qanun layihəsində də nəzərdə tutulur ki, sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Yeni platformalar meydana çıxdıqca onların fəaliyyəti izlənilməli, istifadəçi kütləsi artdıqda və geniş yayılmağa başladıqda həmin platformaların da müvafiq siyahıya daxil edilməsi nəzərdən keçirilməlidir".
Günay Şahmar, Bizim.Media