Ədliyyə Nazirliyində çalışmaq istəyənlərin NƏZƏRİNƏ – İmtahan keçiriləcək – FOTO

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər üçün 17 aprel tarixindən elan olunmuş müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Bununla əlaqədar, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı 12 iyul 2026-cı il tarixində keçiriləcək. 
 
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan buraxılış vərəqəsində göstərilən saatda başlanacaq. 
 
Test imtahanı Mərkəz tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar, hər bir namizəd imtahana buraxılış vərəqəsini Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
 

İmtahanda namizədlərə icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək.


Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqları üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər söhbət mərhələsinə buraxılırlar.
 
Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər linkə daxil olaraq tanış ola bilərlər.
 
Qeyd edək ki, "Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.7.1-1.7.4-cü bəndlərində göstərilən aşağıdakı şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:
 
- prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;

- digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər;

- hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

- əvvəllər hakim işləmiş şəxslər.
 
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və söhbətdə iştirak etmək istəyən şəxslər 13 iyuldan etibarən “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində Nazirliyin İnsan resursları idarəsinə təqdim etməlidirlər.
 

Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.


Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Hər kəsin qorxduğu oldu: Müharibəyə daha bir ölkə qoşuldu

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü - FOTO

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

Şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Məhəmməd Baqir Qalibaf

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" - VİDEO

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 4 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada İTKİLƏRİ

End of content

No more pages to load

RADİO