Vətən müharibəsi şəhidi Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, mərhum iyunun 2-də Qazax rayonunun Qarapapaq kənd qəbirstanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Elvin Əhmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının giziri olub.
O, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda” medalı ilə təltif edilib. (Mənbə: Modern.az)


Bizim.Media