Naxçıvandakı İlandağ yazısı deşifrə edilib

İlandağ yazısı təxminən 30 il əvvəl elm aləminə məlum olub. İlk dəfə Sovet dövründə bölgədə çalışan geoloqlar bu abidə barədə Elmlər Akademiyasına məlumat veriblər.

Bizim.Media xəbər verir ki, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev “report.az”a verdiyi müsahibədə bildirib ki, yazının öyrənilməsi üçün materiallar İtaliyaya göndərilib və burada aparılan tədqiqatlar nəticəsində mətn deşifrə edilərək oxunub.

Məlum olub ki, kitabə Naxçıvana şimal istiqamətindən yürüş edən Urartu hökmdarları ilə bağlıdır.

"Yazıda Urartu hökmdarı İşpuni və sonradan hökmdar olan oğlu Menuanın adları çəkilir. Mənbədə qeyd olunub ki, onlar Ərəzin kəndindən keçərək, həmin dövrdə Arşin adlandırılan ərazi vasitəsilə Araz çayını adlayıb Pluadi ölkəsinə gediblər. Burada tanrı Xaldinin və hökmdarın xanımının şərəfinə qurbanlar təqdim ediblər".

Alim deyib ki, Urartular Naxçıvana bir neçə istiqamətdən – həm şimaldan, həm də indiki Sədərək bölgəsi tərəfdən hücumlar təşkil ediblər:

"Həmin dövrdə ərazidə güclü tayfa ittifaqı - İtuni Konfederasiyası mövcud olub. Bu səbəbdən Urartuların yürüşləri uğursuzluqla nəticələnib və onlar cənuba doğru geri çəkilməyə məcbur olublar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Türkiyəyə səfər edəcək

Tramp Türkiyəyə səfər edəcək

Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO

Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO

Xəlilur Rəhman BMT Baş Assambleyasının sədri seçildi

Xəlilur Rəhman BMT Baş Assambleyasının sədri seçildi

Putin onların suallarını cavablayacaq

Putin onların suallarını cavablayacaq

Əməkdar artist 38 il əvvəl - FOTO

Əməkdar artist 38 il əvvəl - FOTO

Britaniyada ölkə tarixinin ƏN UZUN BOŞANMA davası başa çatıb

Britaniyada ölkə tarixinin ƏN UZUN BOŞANMA davası başa çatıb

Tramp danışıqların dayandırılması barədə xəbərləri TƏKZİB ETDİ

Tramp danışıqların dayandırılması barədə xəbərləri TƏKZİB ETDİ

Naxçıvandakı İlandağ yazısı deşifrə edilib

Naxçıvandakı İlandağ yazısı deşifrə edilib

Rubio Xameneinin aqibətindən DANIŞDI: “Sağdır və aktivdir”

Rubio Xameneinin aqibətindən DANIŞDI: “Sağdır və aktivdir”

Azərbaycanlı zəvvarların geri dönüş cədvəli AÇIQLANDI

Azərbaycanlı zəvvarların geri dönüş cədvəli AÇIQLANDI

ABŞ Litvadan hərbçilərini çıxarmağa başlayıb

ABŞ Litvadan hərbçilərini çıxarmağa başlayıb

"Uzak Şehir" tamaşaçılarına pis xəbər

"Uzak Şehir" tamaşaçılarına pis xəbər

Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? - AÇIQLAMA

Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? - AÇIQLAMA

Çin dilini bilənlərə ŞAD XƏBƏR – Ödənişsiz olacaq...

Çin dilini bilənlərə ŞAD XƏBƏR – Ödənişsiz olacaq...

"İlhamə xanımla sevgili olduğumu deyənlər cahil insanlardır" - VİDEO

"İlhamə xanımla sevgili olduğumu deyənlər cahil insanlardır" - VİDEO

"Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO

"Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO

1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək

1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək

Nazir kanadalı həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə etdi

Nazir kanadalı həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə etdi

Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOLAR

Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOLAR

Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE

Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE

Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR: Qəbzlərdə yeni məlumat əks olunacaq

Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR: Qəbzlərdə yeni məlumat əks olunacaq

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirildi – FOTO

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirildi – FOTO

Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"

Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"

Prezidentə gələn TƏBRİKLƏR...

Prezidentə gələn TƏBRİKLƏR...

End of content

No more pages to load

RADİO